Krımda son həftələr Rusiya hərbçilərinin sayı xeyli artıb və onlar arasında sərxoşluq müşahidə olunub.

“Korrupsiya.az” xəbər verir ki, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov “Facebook” səhifəsində məlumat verib.

“Krımda son həftələrdə Rusiya işğalçı qoşunlarının sayı nəzərəçarpacaq dərəcədə artıb, onların əksəriyyəti Krımın şimalında, eləcə də Sovet (İçka), Nijnyohirski (Seyler) və Kirovskidə (İslam-Terek) yerləşdirilib. İndi hərbi maaş alan bu quldurlar bütün günlərini içkixanalarda keçirirlər”, – deyə o, qeyd edib.

 

Paylaş