Braziliyada yanvarın 30-da Rio-de-Janeyronun həvəskar futbol komandasının yeniyetmələrini daşıyan avtobus körpüdən aşıb. 

“Korrupsiya.az” xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 28 nəfər yaralanıb.

CNN-in məlumatına görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu deyilir. Faktla bağlı ətraflı məlumat verilməyib.

Paylaş