KORRUPSİYA.AZ xəbər verir ki ,Qusar şəhər bazarında sahibkarların haqlı narazılıqlarının şahidi oldum. Ət satılan bazara gedərək 5 kilogram ət almaq istədikdə məlum olmuşdur ki, ət, süd və digər məhsullar gündəlik həkim müayinəsindən keçirilmədiyi üçün vətəndaşlara satılmır. Sonradan məlum olmuşdur ki, bazar həkimi həmin gün bazara gəlməyərək məhsulları müayinədən keçirməmişdir.
Qusar şəhər bazarına gələn şəhər əhalisini, bazara gələrək ət, süd, digər məhsulları almaq üçün kənardan gəlmiş qonaqların haqlı narazılq etdiklərinin də şahidi oldum. eEhtimal olundu ki, Qusar RİHB-s Şair Alxasov və ya onun yaxın qohumları uzun müddət rayon uşaq xəstəxanası kimi fəaliyyət göstərmiş, sonradan uşaq xəstəxanası təzə tikilən rayonun mərkəzi xəstəxanası binasına köçürüldükdən sonra, xətəxanaya mövcud torpaq sahə özəlləşdirilərək həmin torpaq sahədə bazar tikdirmişdir.

Korrupsiya.az -ın xəbərinə gorə Ehtimal olunur ki, uşaq xəstəxanasına məxsus strateji cəhətdən əhəmiyyətli torpaq sahə Qusar RİHB-sı tərəfidən özünə yaxın vətəndaşları adına şübhə doğuran sənədlər əsasında özəlləşdirilərək, həmin torpaq sahədə şəxsi bazar açılmışdır.
Ehtimal olunur ki, Qusar RİHB-sı Şair Alxasov 12 iyun 2017-ci il tarixdə şəxsən özü Qusar rayonuda olmasa da, şəxsən özü qabaqcadan tapşırıq verməklə, mövcud bazarı bağlatdırmaqla, bazarda fəaliyyət göstərən sahibkarları zor gücünə öz şəxsi bazarına aparmaq istəmişdir. Məlum olmuşdur ki, həmin gün bazarın giriş qapıları da naməlum vəzifəli şəxslər tərəfindən qanunsuz bağlanmışdır.
Qusar RİHB-sı Şair Alxasov tərəfindən qabaqcadan planlaşdırdığı qanunsuz hərəkət bazarda fəaliyyət göstərən sahibkarların və Qusar camaatının haqlı narazılığına, hiddətinə  səbəb olmuşdur.

Mən bir şəhər sakini, bazara gəlmş alıcı kimi Qusar RİHB-nın bu qanunsuz hərəkətini pisləyərək, Şair Alxasov tərəfindən vəzifə səlahiyyətlərindən sui istifadə etməsini Qusar rayonunda narazılıqların yaranmasına zəmin yaratması halı kimi qiymətləndirirəm.

Hansı ki, Azərbaycan Respublikasının prezidenti, Hörmətli İlham Əliyev cənabları, Birinci Vitse prezdent Mehriban xanım Əliyeva  hər an sahibkarlara dəstək olduğu, onların qayğıları ilə mütəmmadə məşğul olaraq dəstəklədiyi , hər bir vətəndaşın prezdenti olduğu halda, Şair Alxasov sahibkarları incidir, onlarıın fəaliyyətinə müdaxilə etməklə, özüqanunsuz olaraq  kommersiya fəaliyyəti ilə məşğul olmaqla, bazarda qanuni əsaslarla fəaliyyət göstərəh sahibkarları zor gücünə öz şəxsi bazarına aparmaq istəyir.

KORRUPSİYA.AZ xəbər verir ki Qusar şəhər sakini kimi bazarın rəhbəri Şixqayıbova Tiflisə xanımı yaxından tanıyıram və ona sahibkar kimi böyük hörmətim var. Heç vaxt Qusar bazarında sahibkarlarla  bazar rəhbərliyi arasında narazılıq yaşanmamışdır.Bazar rəhbəri Tiflisə xanım nümunəvi davranışı ilə, vətənpərvər sahibkar qadın kimi  həmişə bazarda işləyən sahibkarların və Qusar camaatının hörmətini və dərin rəğbətini qazanmışdır.
Qusar camaatı həmişə, Azərbaycan Respublikasının hörmətli prezidenti İlham Əliyev cənablarını siyasi və iqtisadi siyasətini bəyənərək, onu hər an müdafiə etməklə, dəstəkləməklə, qanunların aliliyinə hörmətlə yanaşmaqla , onları olduğu kimi icra etməyə qadir əhalidir.
Hesab edirəm ki, Qusar RPŞ-nin rəisi dərhal həmin narazılığı nəzarətə götürərək, sahibkarlar arasında qabaqlayıcı,  maarifləndirici tədbirlər görməklə, narazılığın böyüməsinə şərait yaratmamışdır.

Ona görə də, Qusar RPŞ- nin rəisinin çevik, qanunauyğun, müsbət hərəkətini qiymətləndirirəm.

Hesab edirəm ki, Azərbaycan Respublikasının hörmətli prezdenti İlham Əliyev cənabları, özbaşınalıq edən, vəzifə səlahiyyətlərindən sui istifadə etməklə, rayon camaatı ilə hörmətlə-təvəzökar davranmayan, rayon camaatını incidən, rayon camaatın qayğıları ilə məşğul olmayan Qusar RİHB-sı Şair Alxasovun qanunsuz hərəkətlərini qiymətləndirməklə, onun barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün aidiyyatı üzrə sərəncam verəcəkdir..

Qusar şəhər sakini, 2-ci grup əlil  Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu.

KORRUPSİYA.AZ OLARAQ QARŞI TƏRƏFİNDƏ FİKRİNİ İŞIQLANDIRMAGA HAZIRIQ.

Paylaş