Xətai rayonunun Ukrayna dairəsindəki yerüstü keçiddə liftin 1 ildir işləmədiyi deyilir.
Bu barədə sosial şəbəkələrdə fotolar paylaşılıb.
Qeyd edək ki, bununla bağlı şikayətlər mətbuatda bir neçə dəfə dərc olunub.
“Ölkə.Az” məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu göndərib.
Xatırladaq ki, sözügedən piyada keçidi 2020-ci ilin iyununda istifadəyə verilib.