Bakıda fəaliyyət göstərən “Belarus Şirniyyatları” mağazaları bağlanır.
Şirkət məhkəmənin qərarı ilə rəsmən müflis elan olunub.
Məhkəmənin qətnaməsi ilə Həsənov Mahir Samir oğlu Əmlak inzibatçısı təyin edilib və dekabrın 23-də Qətnamə qanuni qüvvəyə minib.
Qeyd edək ki, “Belarus Şirniyyatları” mağazası şəbəkəsi Belarusun “Krasnıy pişevik” şirkətinin Bakıdakı nümayəndəliyidir.
Nizamnamə kapitalı 10 min manat, qanuni təmsilçi Uladzımır Davıdzıuk olan “Belarus Şirniyyatları”nın Bakının bir sıra ünvanlarında mağazaları fəaliyyət göstərir.