Ali Məhkəmədə saxta pul satmaqda ittiham olunan B.Tahirov və Z.Muradovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib. İmişli Rayon Məhkəməsinin hökmü ilə onlar 5 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, B.Tahirov ilə Z.Muradov qabaqcadan əlbir olan bir qrup şəxs halında, istintaqa məlum olmayan mənbədən, satış məqsədilə 5300 ABŞ dolları məbləğində 53 ədəd 100 ABŞ dolları nominalı pul əsginasını əldə ediblər. Onlar 30 iyun 2019-cu il tarixdə Sabirabad rayonunun Əhmədabad kəndində yerləşən fərdi yaşayış evində hər bir 100 ABŞ dolları nominalı saxta pulu 120 manat müqabilində zərərçəkmiş Vamiq Həsənova (şərti) satmaq barədə razılığa gəliblər. Həmin gün onlar İmişli şəhəri, H.Aslanov küçəsində 53 ədəd 100 ABŞ dolları nominalı saxta pulu zərərçəkmişə satılar. Daha sonra pulların saxta olduğu məlum olub və Tahirov ilə Z.Muradov saxlanılıb.

Paylaş