Ölkədə ərzaq təminatına cavadeh olan “Ərzaq məhsullarının Tədarükü və Təchizatı” ASC adlı qurum var
Ulus.Az-a müraciət edən bir qrup fermer həmin təşkilatın fəaliyyətini araşdırmağı xahiş edib.
Onların sözlərinə görə, həmin təşkilatın elan verdiyi 1 manat 40 qəpiklik məhsulu biz 90 qəpiyə təklif etdik. Amma heç bir reaksiya belə verilmədi. Sonradan məlum olub ki, alveri öz adamları ilə edirlər.
Səhmdar Cəmiyyətin fəaliyyətini araşdırıb bu qənətə gəldik ki, bu dövlət qurumu hələlik ərzaq tədarükündən daha çox pul tədarükü ilə məşğuldur.
Orta nəsil yaxşı xatırlayar ki, Sovet vaxtı hər bir kənddə tədarük məntəqələri yaradılmışdı və kolxozçu daxili təlabatından artıq məhsulunu həmin məntəqələrə təhvil verib pulunu alırdı.
İndi nə Sovet var, nə də onun həmin o yaxşı ənənəsi. “Azərittifaq” adlı bir qurum da var idi. Onun yerlərdə rayon İstehlak Cəmiyyətləri olardı.
Bu cəmiyyətlərin işi həmin o tədarükləri həyata keçirmək idi. Həm tədarükçü qazanırdı, həm də tədarükə məhsul verən…
Təbii ki, tədarük məntəqələri olarsa, dava-dərmansız yetişdirilmiş bütün növ kənd təsərrüfatı məhsulları paytaxt bazarlarında qiymətlərin aşağı olmasına böyük təsir edər. Amma bu işlə nə Kənd Təsərrüfatı Nazirliyi məşğul olur, nə də digər dövlət qurumları.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” adlı cəmiyyət var, amma rayonlarda nə tədarük gözə dəyir, nə də təzhizat…
Cəmiyyətin əsas məqsədi ərzaq məhsullarının istehsalçılarından və satıcılarından belə məhsulları almaq və tədarük edərək satınalan təşkilatlara təqdim etməkdir… Yadda saxlayın, “Almaq və tədarük etmək!
ASC-nin yaradılmasından bəri düz bir il bir ay vaxt ötür, amma fermerlər, daha doğrusu, kənd əhalisi becərdikləri məhsulları alan və ya tədarük edəni hələki görmürlər.
Prezident İlham Əliyev həm də Əbülfət Novruz oğlu Qocayevin “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzaladı.
Araşdırarkən məlum oldu ki, məlum təyinata kimi Əbülfət Qocayev Bakıdakı məşhur “Sədərək” TM-nin arxasındakı ondan da məşhur “Meyvəli Bazar”ın direktoru olub. Məlum oldu ki, ASC sədrinin kabineti də elə köhnə iş yeri olan “Meyvəli Bazar”dadır.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Bakıda Lökbatan qəsəbəsində, “Meyvəli bazar”ın düz yanında yerləşir.
Bu bazara öz məhsulunu gətirənlərlə əlaqəyə girib ASC-nin avansı əvvəlcədən ödənilmiş məhsulun tədarükü kimi sənədləşmə aparılmasını dərindən araşdırın.
Çünki onsuz da hamı məhsulunu bu bazara gətirir, burada da qiyməti öldürüb sonra həmin o sənədləşmələrə başlanılır.
Araşdırsanız, görərsiniz ki, avans pullar kimə verilib, kimlərlə müqavilə bağlanıb. Çünki yerlərdə əvvəlcədən belə bir təadarük müqaviləsi bağlamış fermerə hələki rast gəlinməsi çətin məsələdir.