Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun rayonda deyil, Bakıda bahalı toy məclisi təşkil etməsi müzakirələrə səbəb olub.

GundemXeber.Az bildirir ki, sosial şəbəkələrdə yayılan xəbərlərə görə, övladına Bakıda dəbdəbəli toy şənliyi keçirən kollec direktoru Gülyaz və Gülyanaq Məmmədova bacılarını, Nüşabə Ələsgərlini, Ehtiram Hüseynovu və başqa məşhur ifaçıları toya çağırıb.

X.Ələkbərovun pedaqoq yox, oliqarx kimi toy təşkil etməsi sosial şəbəkələrdə bərdəlilər tərəfindən tənqidlə qarşılanıb. Bərdəlilər kollec direktorunu qınayıblar və onun toyu Bakıda keçirməsini rayona hörmətsizlik kimi qiymətləndiriblər. Çünki Bərdə rayonunda kifayət qədər bəyənilən şadlıq sarayları var. Təbii ki, toy şəxsi işdir və kimsə seçiminə müdaxilə edə bilməz.

Amma özünü rayonun ziyalısı hesab edirsənsə, doğma Bərdədə övladına toy keçirməklə torpağa bağlılıq nümunəsi olmalısan. Digər tərəfdən, kollec direktorunun belə bahalı toy təşkil etməsi, məşhur müğənniləri oxutması şübhələr doğurub. Axı kollec müdirinin nə qədər pulu ola bilər ki, onları toya gətirsin?!

Tənqid edənlər onu da deyirlər ki, prezident məmurlara, vəzifəlilərə bahalı toy məclisləri keçirməməsi tövsiyə edib, sadəlik nümunəsi olmağa çağırıb.

X.Ələkbərov isə bunların tam əleyhinə gedib. Yada salaq ki, Bakı Liftlər İdarəsinin keçmiş direktoru Qüdrət Şükürov da övladına bahalı toy etməsi ilə gündəmə gəlmişdi. Bundan sonra onu vəzifədən azad elədilər, barəsində cinayət işi başladıldı.

Çünki bahalı toy məclisi Şükürovun əməllərində korrupsiya olması şübhələri yaradırdı. Elə Bərdənin kollec direktorunun haqqında da iddialar səslənir.

Onun kollec tələbələrini aylığa buraxması, semestr imtahanlarını rüşvətlə yazması, qarşıdan gələn yanvar imtahanlarının yığımına indidən başlaması ittihamları var.

Xaləddin müəllim tələbələrdən hər semestrin sonunda imtahan və məqbulları “həll etmək” üçün rüşvət yığdırdığı deyilir. Pul verməyən tələbələri qəsdən sıxışdırır.

Bundan əlavə, direktor bəzi tələbələrlə sövlələşərək, onları dərslərdən və imtahanlardan azad edir. Odur ki, Bərdənin sözügedən kollecində açıq bazar iqtisadiyyatı hökm sürür. Təhsil ocağından adına uyğun olaraq, X.Ələkbərov pul yığma kampaniyasının idarəetməsini və texnologiyasını gözəl bilir.

Kollecdəki rüşvət və korrupsiya halları, özbaşınalıqlar, maxinasiya, mənimsəmə faktları, dərsdənyayınma, biabırçı insidentlər, müəllim-direktor qarşıdurmaları pik həddə çatıb.

Direktor fəaliyyətində özbaşınalıqlara geniş yer ayırmış Xaləddin Ələkbərova iştahası üstün gəldiyi üçün təhsili bir tərəfə atıb, pulu qucaqlayıb.

Xaləddin Ələkbərov və adamları gizli qəbullardan tutmuş, saxta diplomlara qədər açıq şəkildə alqı-satqı ilə məşğuldurlar. Ancaq bütün bunlara rəğmən heç kim onlara “gözün üstündə qaşın var”demir.

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində diplom alverinin getdiyi barədə mətbuatda iddialar var.

Paylaş