Azərbaycan Respublikasının Nazirlər Kabineti Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları barədə qərar qəbul etdi.Bununla yanaşı insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədi ilə bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edildi.
Təbii ki, bütün bunlar Azərbaycan hökuməti tərəfindən koronavirus epidemiyasının ölkədə kütləvi şəkildə yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilir. Buna baxmayaraq yaranmış vəziyyətlə əlaqəli əhali arasında koronavirusla bağlı yayılan şaiyələrin aradan qalxdığını söyləmək mümkün deyil. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərərgahın yaydığı gündəlik rəsmi məlumatlardan başqa, dövrü mətbuatda və sosial şəbəkələrdə koronavirusla bağlı yayılan qeyri-ciddi məlumatlar əhali arasında çaşqınlıq yaradıb. Əslində əhali arasında yaranmış bu çaşqınlığın da səbəbi var.Bu da bir neçə ay oncə ölkənin dərman bazarında və apteklərdə su qiymətinə satılan bir sıra preparatların birdən birə bahalaşması ilə əlaqədardır .Digər səbəbi də bəzi dərman şirkətlərinin yaranmış bu durumdan yüksək qazanc əldə etmək məqsədilə atdığı çirkin addımlardır.
Ölkənin dərman preparatları və tibbi avadanlıqlar bazarının böyük hissəsinı əlinə almış “AvroMed” şirkətinin adı bu baxımdan birincilər sırasındadır.Koronavirus pandemiyasının yaıldığı ilk günlərdən bu şirkət ətrafında dolaşan söz-söhbətlər hələ də bitmir. Bir müddət öncə apteklərdən alınmayan tibbi spirt və maskaların birdən-birə yoxa çıxması və sonra dəyərindən qat-qat baha satılmasınin əsas səbəbkarı da məhz “AvroMed”oldu. Prezident İlham Əliyevin ölkədə yaranmış tibbi spirt və maska qıtlığına birbaşa müdaxiləsindən sonra apteklərə nəzarət artırıldı. Amma buna baxmayaraq əhalinın narahatçılığından istifadə edərək maska və tibbi spirti apteklərdə baha qiymətdən satışını bu gün də davam etdirərək böyük pullar qazananlar var.
Yuxarıda qeyd etiyimiz kimi, Nazirlər Kabineti artıq insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyətinin bu gündən 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılması barədə qərar çıxarıb.İndi hamı evdə oturub Nazirlər Kabinetindən növbəti qərar gözləyir.Dövlətin aztəminatlı ailələrə göstərəcəyi dəstək nələrdən ibarət olacaq,hələlik bəlli deyil. İqtisadiyyat naziri Mikayıl Cabbarov isə sahibkarlara dəyən ziyan barədə açıqlamalar verir. Sahibkarın biri elə “AvroMed” şirkətinin sahibi olan Cavanşir Feyziyevdir. Hazırda Cavanşir Feyziyev elə də qazanır,belə də. Həm tibbi spirti,maskanı və digər dərman preparatlarının qiymətlərini süni şəkildə qaldırmaqla,həm də dövlətin verdiyi sifarişləri həyata keçirməklə.
Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin şəkərli diabet xəstələri üçün nəzərdə tutulmuş dərman vasitələrının satınalması üzrə 30.03.2020-ci ildə keçirdiyi tenderdə “AvroMed” şirkəti ilə 29453854.92 manat dəyərində müqavilə bağlayıb.Məlum olduğu kimi şəkərli diabet xəstələri üçün lazım olan dərmanlar xəstələrə dövlət tərəfindən pulsuz verilir.”AvroMed” şirkətinin bu dərmanları haradan və hansı qiymətlərə alması burada maraq doğurur. Təkcə elə bu əməliyyatda “AvroMed”in qazancı,şirkətin heç də zərərlə işləmədiyindən xəbər vermirmi? Millət Vəkili, sahibkar olan Cavanşir Feyziyev bir ayın içində həm dərman preparatlarının qiymətlərini süni şəkildə qaldirmaqla,həm də 30 milyon manat civarında tender qazanırsa burada hansı zərərdən söhbət gedə bilər? Heç kimə sirr deyil ki,elə bu tender yolu ilə Cavanşir Feyziyev külli miqdarda gəlir əldə edəcək.Bəs evdə oturub dövlətdən yardım gözləyənlərin qazancı nə olacaq?
Söhbət gündəliyi 10-15 manat,aylığı heç 300 manata çatmayanlardan,kirayə pulunu verə bilməyənlərdən,bazarlarda piştaxta arxasında dayanıb uşaqlarına gündəlik çörəkpulu qazana bilməyənlərə dəyən ziyandan getməlidir. Amma “AvroMed” isə yaxın günlərdə Azərbaycanda vəziyyətin daha da kəskinləşə biləcəyini nəzərə alaraq, sonralar daha baha qiymətə satmaq üçün maska,tibbi spirt və digər tələbat dərmanlarının böyük hissəsini gizli anbarlarında saxladığına dair dövrü mətbuatda xəbərlər dolaşmaqdadır. bizimdovr.az

Paylaş