Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun məhkəməsinin vaxtı məlum olub.
Korrupsiya.az-ın Unikal.org-a istinadən məlumatına görə, sabiq icra başçısı Şəki Ağır Cinayətlər Məhkəməsində avqust ayının 25-i saat 15:00-da hakim qarşısına çıxarılacaq..
Cinayət işi hakim Bilal Məmmədovun icraatındadır.
Qeyd edək ki, Q.Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.
Paylaş