Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız məhsulların naməlum şəxslər tərəfindən toplanılaraq saxlanılması və ayrı-ayrı şəxslərə satışının təşkil olunması barədə əməliyyat məlumatı daxil olub.
DGK-dan verilən məlumata görə, həmin məlumat əsasında gömrükçülərin keçirdiyi əməliyyat nəticəsində Azərbaycan vətəndaşı Bakı şəhərinin Nəsimi rayonu ərazisində qutularda olan naməlum predmetləri öz avtomobilinə yığarkən saxlanılıb.
Saxlanılan şəxs Bakı Baş Gömrük İdarəsinə gətirilib və onun avtomobilinə baxış keçirilib.
Baxış zamanı avtomobilin yük yerindəki qutularda Azərbaycana məxsus aksiz markası ilə markalanmayan 60 000 ədəd “Marlboro” adlı siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.