Hörmətli oxucular! Son vaxtlar müəyyən səbəblərə görə bir çox media qurumlarında, əksər sosial şəbəkə istifadəçilərinin paylaşımlarında və s. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yarıtmaz fəaliyyətindən bəhs olunur, bu qurumda baş alıb gedən hər cür biabırçılıqların mahiyyəti geniş ictimaiyyətin diqqətinə çatdırılır. Bir sözlə, hal-hazırda bu Agentliklə bağlı bəzi məsələlər ölkə gündəmini zəbt edən, eyni zamanda geniş ictimai fikirə öz təsirini göstərə biləcək mövzulardan birinə çevrilib.

Belə bir səbəbdəndir ki bu yöndə lazımi araşdırmalarımızı həyata keçirib, son vaxtlar bu Agentlikdə baş verən çoxsaylı hoqqalarla bağlı bir neçə tənqidi məqalələr yayımlamışıq. Qeyd edək ki, Prezident İlham Əliyevin 02 dekabr 2021-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında Qeyri-Hökumət Təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2021-ci il tarixli 1317 nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında” Fərmanı, əslində QHT-in fəaliyyətlərini daha da yaxşılaşdırmağa hesablanmış bir addımdır. Çox təəssüflər olsun ki, dövlət qurumlarında rəhbər vəzifə sahibi olan, hətta QHT sektorunda çalışan və müəyyən təsir imkanlarına malik olanlar bəzi şəxslər, bu gün də möhtərəm Prezidentin imzaladığı bu Fərmandan  irəli gələn addımlarını atmaq əvəzinə, açıq-aşkar şəkildə sabotajlıqla məşğul olurlar, iyrənc əməllərini davam etdirməyə daha çox üstünlük verirlər. Faktdır ki, ölkəmizdə QHT-nin əsas fəaliyyətləri dövlətdən ayrılan qrantlar hesabına müəyyən layihələri həyata keçirməkdir.

Buna baxmayaraq, bu gün açıq-aşkar şəkildə etiraf etmək lazımdır ki, bir çox vəzifə sahibi olan şəxslər sosial şəbəkələrdə, elektron KİV-də aktiv olan QHT-in  işlərinə mane olur, layihə təqdim edən QHT sədrlərinin layihələrini dolayısı yollarla qrantdan məhrum edirlər. Əvəzində isə özləri sosial media üzərindən adları heç bir ictimaiyət nümayəndələrinə, Vətəndaş Cəmiyətinin üzvlərinə, KİV- nümayəndələrinə məlum olmayan, ümumiyyətlə QHT sahəsindən anlayışı olmayan vətəndaşların adlarına yeni QHT-lər qeydiyatdan keçirtməklə yeni yaradılmış QHT-rin adına layihələr rəsimləşdirməklə, müəyyən sənədlər və fotoşəkillər üzərində yalançı görüntülər yayırlar. Bununla da onlar həmin sənədləri və fotoşəkilləri bir görüntü olaraq ictimaiyyətə sırıyır və belə bir ad altında dövlət büdcəsindən hər il ayrılan miliyonlarla manat pulları talan edirlər.

Son günlər gundemxeber.az-ın redaksiyasına QHT sektorunda baş verən olmazın biabırçılıqlarla bağlı daha ilginc məlumatlar daxil olub. Məcburiyyət qarşısında qalıb bu gün onları geniş ictimaiyyətin diqqətinə çatdırmağı, sanki özümüz üçün bir borc bilirik. Məsələn, daxil olan məlumatlarda vurğulanır ki, Tural Əliyev adlı şəxs Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi üzrə Prezident Administrasiyasında stratejivəzifəyə (kurator) təyin olunur.Həmi təyinatdan təxminən bir ay sonra QHT-lərə DövlətDəsdəyi Agentliyinin kuratorları olan Rövşən bəy, Nigar xanım,Həsən bəy və Xatirə xanım daşıdıqları vəzifələrindən mənəvi pisxoloji təzyiqlərə məruz qalaraq, tutduqları vəzifələrindən öz ərizələri ilə könüllü olaraq uzaqlaşdırılırlar. Hansı ki, bu şəxslərin hər birinin QHT-rin və vətəndaş cəmiyyəti institunun inkişafında, formalaşmasında çox böyük xidmətləri, eyni zamanda lazımi iş təcrübələri var. Onu da qeyd edək ki, əgər hər hansı bir istintaq orqanı tərəfindən Agetliyin iş fəaliyyəti araşdırılarsa, o halda sabiq əməkdaşlar da istintaqa cəlb olunarlar. Həmin vaxt onlara ünvanlanacaq ilk sual bu olacaq ki, cənablar,  yaxud da xanımlar 10 (on) ildən çoxdur ki, fəaliyyət göstərdiyiniz vəzifədən sizi kimlər nə üçün məcbur edərəkçıxarıblar? Xüsusilə qeyd edək ki, kiçik, orta və böyük qrant layihələrinin ictimaiyətə elan olduğu bir zamanda, yuxarıda adlarını çəkdiyimiz həmin dörd nəfər şəxsin daşıdıdıqları kurator vəzifəsinə yalnız bir nəfərin, yəni Nilufər Əhmədovanın müəyyən yollarla təyinatı verilir. Bu xanımın bildirdiyinə görə o, əvvəllər “Asan Xidmət” Mərkəzində könüllü fəaliyyət göstərib.

O halda ortaya belə bir sual çıxır ki, görəsən hansı səbəbə görə 4 nəfərindaşıdığı vəzifəyə PA-dan QHT Agentiyi üzrə yalnız Nilufər Əhmədova “kurator” təyin olunur?. Qeyd etmək yerinə düşər ki, Tural Əliyevin və Agentliyin icraçı direktoru Aygün Əliyevanın QHT sahəsində əvvəllər heç bir fəaliyyətləri olmadığı kimi, NilufərƏhmədovanın da bu sahədə heç bir fəaliyyəti olmayıb, amma bu xanım hansısa yollarla PA-dan QHT Agentiyi üzrə vəzifəyə təyin olunur. Gundemxeber.az-ın əməkdaşının media və sosial şəbəkələr üzərindən apardığı araşdırmalar zamanı o da məlum olur ki, Agentlik üzrə “kurator” təyin olunan Nilufər Əhmədova, məhz Tural Əliyevə yaxınlığı ilə seçilən vəzifə sahibidir. Bunu onunla təsdiq edə bilərik ki, bir neçə il bundan öncə bu xanımın ad gününün tamam olmasından bir gün keçsə də, Tural Əliyev onu bir gün sonra təbrik edir. Bundan əlavə, əməkdaşımızın həyata keçirdiyi araşdırmalar zamanı o da məlum olur ki, hal-hazırda bir neçə QHT sədrlərinin və onların əməkdaşlarının Agentlikdən narazı salınmalarının kökündə, qrant layihələrinə görə ayrılan pulların sonradan qalan 20% -nin tam olaraq deyil, birbaşa 80%-nin kəsilməsi olur. Bununla da Agentlikdə bir qrup vəzifə sahibi olan şəxslər, sosial media üzərində söz demək qabliyyətinə malik olan QHT-sədrlərini və vətəndaş cəmiyyəti institunun üzvlərini seçkilər ərəfəsində Prezidentə qarşı narazı salmağa və bu narazılıqdan özləri üçün manipulyasiya etməyə çalışırlar. O halda sual oluna bilər ki, ölkəmizin indiki həssas vaxtlarında bir çox QHT rəhbərlərini həm dövlətdən, həm də növbədənkənar prezident seçkiləri ərəfəsində hakimiyyət orqanlarından kütləvi şəkildə narazı salmaqda məqsəd nədir? Görəsən vətəndaş cəmiyyəti institundan heç bir halda başı çıxmayan, eyni zamanda dövlət və hakimiyyət orqanlarına qarşı kütləvi narazılıq hissinin baş qaldırmasına səbəb olan belə bir tapşırığı kimlər verib? Yəni, bunun özü olduqca şübhə doğurmaqdadır. Apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, Samir Adıgözəlli, Esmira Orucova,  Mətanət Əsgərqızı, Maral xanım, Samir bəy, Emil Maqalov və digərləri hal-hazırda narazılıq edən QHT sədrləridirlər.  Onu da xüsusi qeyd edək ki, yuxarıda adlarını çəkdiyimiz QHT-sədrləri Azərbaycanın bugünkü reallığında Vətəndaş cəmiyyətinin yaradılmasında və inkişafında müstəsna xidməti olan şəxslərdir ki, bu şəxslər öz narazılıqlarını məcburiyyət qarşısında qalıb sosial media üzərindən cənab Prezidentə çatdırmağa çalışırlar.(GundemXeber.Az)

Yazıda adı keçən hər kəsin mövqeyini dinləməyə hazırıq.

Paylaş