Bakı Apellyasiya Məhkəməsində dələdduzluqda təqsidləndirilən Səttar Səfərzadənin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, Səttar Səfərzadə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə zərərçəkmişlərə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edib. Belə ki, o, zərərçəkmiş Zakir Alıyevin (şərti) övladı və qohumunu hüquq-mühafizə orqanlarında çavuş rütbəsi ilə işə təyin etdirəcəyinə dair yalandan vəd verib. Səttar Səfərzadə 14 may 2021-ci il tarixdə hüquq-mühafizə orqanlarının birinin qarşısında onun qanunsuz hərəkətlərindən və cinayətdən xəbərsiz olan qurumun tağım komandirinin müavini vəzifəsində işləyən tanışı vasitəsilə zərərçəkmişdən 20 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, o, digər zərərçəkmiş Mahir Nağıyevi (şərti) bu üsulla də aldadıb. Səttar Səfərzadə zərərçəkmişin tanışını hüquq-mühafizə orqanlarında çavuş rütbəsi ilə işə təyin etdirəcəyinə dair yalandan vəd verərək, 2021-ci ilin iyun ayının ortalarında istintaqa konkret məlum olmayan tarixdə ödəmə terminalı vasitəsilə ondan ümumilikdə 8 000 manat pul alıb.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Səttar Səfərzadə 4 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Səttar Səfərzadə daha əvvəl eyni əmələ görə həbs edilib.