Ötən gün “Qobu Park”da azyaşlının itlərin hücumuna məruz qalan məktəbli Əliyev Amar Azər oğlu 3 saylı Zəngilan məktəbinin dördüncü sinif şagirdidir.

Bu barədə  sözügedən məktəbin direktoru Sona Əliyeva məlumat verib. O bildirib ki, hadisə ötən gün uşaqlar həyətdə oynayan zaman baş verib

“Onlar dağ tərəfə gediblər və Amar sahibsiz itlərin hücumuna məruz qalıb. Uşağın anası özü də məktəbdə texniki işçi kimi çalışır” – deyə direktor qeyd edib.

Direktor onu da bildirib ki, hadisə baş verəndən sonra müəllim kollektivi ilə birgə orada olublar:

“Xəstəxanada, əməliyyata götürüləndə də yanında olmuşuq”.

Paylaş