Texnologiya nəhəngləri olan “Google”, “Amazon” və “Microsoft”-un İsrailin Qəzzada aylardır həyata keçirdiyi əməliyyatlara dəstək verdiyi məlum olub.
İsrail ordusunun İnformasiya Texnologiyaları və Sistemləri Mərkəzinin komandiri polkovnik Raçeli Dembinski bu faktı Tel-Əvivdə keçirilən konfransda etiraf edib.
Buna uyğun olaraq texnologiya şirkətləri İsrailin hücumlarında məlumat saxlama və süni intellekt dəstəyi verir. Bu dəstək mülki şəxslərin üzərinə bomba atmaq üçün istifadə olunur.
Dembinskinin dediyinə görə fələstinlilər haqqında toplanmış kəşfiyyat məlumatları üçün sonsuz bir anbar sahəsi yaradılıb. Beləliklə hücum zamanı İsrail ordusu süni intellekt xidmətləri ilə də təmin olunub.
“Amazon” şirkəti İsrail ordusu üçün virtual bulud sahəsi açıb. Belə ki, İsrail ordusu özünün infrastrukturu yetərli olmadığı üçün bölgədə yaşayan fələstinlilərlə bağlı kəşfiyyat məlumatlarını buraya köçürüb.
“Microsoft” və “Google” da öz süni intellekt sistemləri ilə bombardmanların hədəflərini qeyd ediblər. Qəzza zolağının səmasında dronların canlı görüntülərinə baxmaq üçün portal açlııb. Bu portala həmçinin yanğın, komanda və idarəetmə sistemləri də daxildir.
Dembinski deyib ki, bu şirkətlərlə işləmək orduya Qəzza zolağında çox mühüm əməliyyat üstünlüyü verib.
APA