KORRUPSİYA.AZ-ın redaksiyasına “Gül.-Gün.” sahibkar müəssisəsinin sahibkarı NİYAZOV NİYAZ NOVRUZ oğlundan ŞİKAYƏT məktubu daxil olub.Həmin şikayəti nəzərinizə çatdırırıq :
Mən, NİYAZOV NİYAZ NOVRUZ oğlu olaraq sizin adresə şikayət məktubumu yollayıram.Azərbaycanın ilk sahibkarlarından biriyəm.
Məgər siz KİV nümayəndələrinin borcu xalqına qanun naminə XİDMƏT etməkdən ibarət deyilmi? Sizlər də ikili oyunların oyuncağımı olmalısınız? Niyə mənim şikayət məktublarımı DƏRC etmirsiniz? Mənə bir sahibkar kimi lap yuxarılarda heç kim dəstək vermir deyə, sahibkar olaraq yaşamamalıyam? Biz sahibkarlar göydə ALLAHa,yerdə Ölkə Başçımıza və yeri gəldikdə sizlərə ümid bəsləyirik. Mənim də hələlik əlim heç yerə çatmır. Məktublarım ya Ölkə Başçısına çatmır,ya da hələki anlaya bilmirəm! Sizlər də mənə ardıcıl olaraq DƏSTƏK verməsəniz,bəs mən nə edim? Başqa ölkələrin KİV-lərinəmi müraciət edim? Sizlər bu üsulla məni ona vadar edirsiniz. Əgər siz KİV nümayəndələri QANUNun keçiyində durmaq fikrində deyilsinizsə,bəs onda nə ilə məşğulsunuz?
Bu məktubumda qeyd etdiyim kimi BİR QRUP YÜKSƏKRÜTBƏLİ DÖVLƏT MƏMURLARI başıma olmazın oyunları açıblar.
Yoxsa, DÖVLƏT MƏMURLARI-nın hədə-qorxusundanmı QORXdunuz?!!!
İnsanların taleyinə laqeyid qalmayın! Mən də sizlər kimi Azərbaycan vətəndaşıyam. İnanmaq istərdim ki, ŞİKAYƏT MƏKTUBum DƏRC olunacaqdır. DƏRC edəndən sonra mənə ling yollayın!
========================================================================================================
AILƏMİN HƏYATINDA BAŞ VERƏN ƏNGƏLLİKLƏRDƏ və AİLƏ ÜZVLƏRİMİN 3-nü(atam,anam və böyük qızım) VAXTINDAN ƏVVƏL İTİRMƏYİMDƏ GÜNÜHAKARLAR BİR QRUP DÖVLƏT MƏMURLARI-dır:
*1.İmişli Rayon İcra Hakimiyyətinin Başçısı(o zaman Xanlar RİHB) – HACIYEV VİLYAM FAXRALI oğlu.
*2.Azərbaycan Hava Yolları,QSC-nin Prezidenti – ƏSGƏROV CANAHGİR CƏLAL oğlu
4.PA,sənədlərlə və vətəndaşların müraciətlərilə iş şöbəsinin müdiri – SÜLEYMAN İSMAYILOV.
6.Günahkarların siyahısı bununla bitmir.Sadəcə olaraq əsasları və göz qabağında olanları bunlardır.
7.Bu DÖVLƏT MƏMURLARInın hər biri bu işdə öz əməlinə görə günahkardırlar!
========================================================================================================
Hörmətli Azərbaycan Respublikası Prezidenti Administrasiyasının SƏNƏDLƏRLƏ və VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİLƏ İŞ ŞÖBƏSİnin müdiri SÜLEYMAN İSMAYILOV,
sizi bu QURANa
and verirəm.
MƏNİM MƏKTUBUMU Azərbaycan Prezidenti ILHAM ƏLİYEV cənablarına,
Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti MEHRİBAN xanım ƏLİYEVAya
ÇATDIRIN !
AİLƏM HƏQİQƏTƏN DƏ UZUN ILLƏRDƏN BƏRİ ACLIQ İÇİNDƏ ZOR-BƏLA İLƏ YAŞAMINA DAVAM EDƏ BİLİR!
Bu məsələdə GÜNAHA BATMAQ ALLAHın qəzəbinə düçar olmaqdır!
Çalışın ki, günaha batmayasınız!
Allahdan qorxun !
MƏKTUBA ƏLAVƏLƏR ETMİŞƏM.
RİCA EDİRƏM Kİ, DİQQƏTLƏ SONA KİMİ OXUYASINIZ !
SÖHBƏT AİLƏLƏRİMİN taleyindən getdiyinə görə biganə qalmağınız Allaha xoş getmir!
========================================================================================================
*** Xüsusi YENİ QEYD :
– Bu yazımı Gözəl Azərbaycanımızın çoxhörmətli Rəhbərlərinə mütləq çatdırın :
*** Hörmətli Azərbaycan Respublikasının Prezidenti ILHAM ƏLİYEV cənabları və Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti MEHRİBAN xanım ƏLİYEVA,
sizlərdən bir daha artıqlamasilə rica edirəm, mənə və ailəmə yazığınız gəlsin!
Dövlətdən almalı olacağım KOMPENSASİYAnın tezliklə mənə ödənilməsi üçün aidiyyəti rəhbərlərə öz göstərişinizi ƏSİRGƏMƏYİN ki, bizlərin canı bu ACLIQdan qurtarsın. Tezliklə sahibkar müəssisəm fəaliyyətə başlasın, xeyli sayda insanlar da işlə təmin olunsunlar.
Hörmətli ILHAM ƏLİYEV cənabları və MEHRİBAN xanım ƏLİYEVA, KOMPENSASİYAmı bir az da gec ödətdirsəniz,bu gedişatla məni Azərbaycan Hava Yolları,QSC-nin rəhbərliyi hal-hazırkı SOSİOLOQ vəzifəsindən də qovacaqdır.Ailəm isə tamamilə AC qalacaqdır. Bax,elə bu zaman mənim və qızlarımın ailəmizi bir yerə yığıb PREZİDENT SARAYInın qarşısında
NÖYÜT TÖKÜB YANDIRACAĞAM!
İşlər belə davam edərsə,100% bu yazdıqlarıma əməl edəcəyimə QƏTİ şübhəniz qalmasın!
Səbəbi də bütün dünyaya yayılacaqdır! Öz halal pulumu dövlətdən geri almağım üçün SİZdən kömək istədiyim halda,Azərbaycan Hava Yolları,QSC-nin rəhbərliyi isə bu gedişatla əlimdə olan işimi itirməyimdən ötrü gərəklisini planlaşdırıb həyata keçirəcəkdir.
Belə olmaz,axı! Mənim və ailələrimin heç bir günahımız yoxdur. Öz halal pulumu istəməyim GÜNAHMI sayılır?
Əgər öz ölkəmizdə yaşamağımız kimlərəsə maneçilik edirsə, dövlətdən alınası KOMPENSASİYAmı ödətdirin və əgər SİZ də o yoldaşlar kimi düşünürsünüzsə, mən öz ailələrimlə birlikdə Azərbaycanı TƏRK edə bilərəm. Yox,əgər SİZ elə düşünmürsünüzsə, mən öz ölkəmizdə ailəmlə birlikdə AİLƏ ŞİRKƏTİMİZİ qurmağa başlayaram. Mən, VƏTƏNimi hamıdan da çox sevirəm. Yeri gələrsə,VƏTƏN üçün canımızdan da keçməyə hazırıq. SİZ, bu barədə TƏCİLİ ölçü götürməsəniz, onda məni hal-hazırki işimdən də uzaqlaşdıracaqlar! Rica edirəm ki,mənə və ailələrimə yazığınız gələrəkdən TƏCİLİ bir ÖLÇÜ götürəsiniz! Güman edirəm ki, SİZ müsbət cavab verəcəksiniz və iş öz ədalətli həllini tapacaqdır!
Hörmətlə : Niyazov Niyaz Novruz oğlu.
========================================================================================================
Azərbaycan Respublikasının Ümummilli lideri HEYDƏR ƏLİYEV demişdir:
“Kiməsə qarşı ƏDALƏTSİZLİK edilibsə,bu ədalətsizliyin qarşısını ƏDALƏTLƏ almaq lazımdır.”
https://af12.mail.ru/cgi-bin/readmsg?id=14959397190000000314;0;0;1;4&mode=attachment&[email protected]&bs=24098&bl=802042&ct=image%2fpng&cn=image.png&cte=binary
Mən,NİYAZOV NİYAZ NOVRUZ oğlu Azərbaycan sahibkarı olaraq dövlətimizin bütün qanunlarını bilirəm və özümə aid olan hallarda riayət edirəm və həmişə qanunlara tam riayət edərəkdən yaşamıma davam etməyə hazıram.
Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin söylədiyi kimi mən öz hüquqlarımı yaxşı bilirəm, ancaq əfsuslar olsun ki, onları qoruya bilmirəm. AZƏRBAYCANIN “BİR QRUP YÜKSƏKRÜTBƏLİ DÖVLƏT MƏMURLARI” hüquqlarımı qorumağa imkan vermirlər, onları əməlli başlıca tapdalayıblar. Bununla əlaqədar olaraq Azərbaycanımızın Prezidenti ILHAM ƏLİYEV cənablarına və Azərbaycanın 1-ci Vitse Prezidenti MEHRİBAN xanım ƏLİYEVAya ŞİKAYƏT MƏKTUBU yazıb yollamışam.
Uzun illərdir ki, hörmətli ILHAM ƏLİYEV cənablarına və bir neçə dəfə Ölkəmizin 1-ci Vitse Prezidenti MEHRİBAN xanım ƏLİYEVAya şikayət yollamağıma baxmayaraq xeyli müddətdir ki, CAVAB ala bilmirəm.
“Yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə,onlar cəzalandırılacaqlar.Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur”–deyir Ölkə Başçısı. “Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən,onu qəbul edərkən bir neçə əsas istiqaməti göstərirəm.İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət”.
Bu cümlələri Azərbaycanımızın Prezidenti ILHAM ƏLİYEV cənabları söyləmişdir.Əfsuslar olsun ki,”BİR NEÇƏ DÖVLƏT MƏMURLARINDAN İBARƏT KOMANDA” “Gül.-Gün.” sahibkar müəssisəsinin SAHİBKARI NİYAZOV NİYAZ NOVRUZ oğlu olaraq başıma uzun illərdən bəri olmazın oyunları açıblar. Bütün bunları dəfələrlə Ölkə Başçımıza və bir neçə dəfə Azərbaycanın 1-ci Vitse Prezidentinə yazıb yollamışam. Ancaq hələ də müsbət-ədalətli cavab ala bilməmişəm.
Mən elə düşünürəm ki,Azərbaycan Prezidenti ILHAM ƏLİYEV cənabları və Azərbaycanın 1-ci Vitse Prezidenti MEHRİBAN xanım ƏLİYEVA
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin öyüd-nəsihətlərinə hörmətlə yanaşaraqdan “Gül.-Gün.”sahibkar müəssisəsinə aid olan dövlətdən alınası KOMPENSASIYAnın TƏCİLİ öz sahibinə verilməsi üçün aidiyyəti rəhbərlərə öz göstərişlərini əsirgəməyəcəklər.
Hörmətli Azərbaycan Prezidenti ILHAM ƏLİYEV cənabları
sahibkarların fəaliyyətlərinə maneçilik edən və etmək niyyətində olan bütün DÖVLƏT MƏMURLARIna belə demişdir:
Ailəm ACLIQ İÇİNDƏ yaşamına güc-bəla ilə uzun illərdir ki, birtəhər davam edə bilir. Nə qədər AC YAŞAMAQ olar!!!
BU MÜMKÜNMÜ,SİZLƏR DEYİN!!!
Daha DÖZƏ BİLMİRİK!!!
Bizim ailənin AC QALMASI, adlarını bu məktubumda qeyd etdiyim vəzifə sahiblərindən 3-nün daha çox marağındadır.Elə düşünürəm ki, bizim ailə üzvlərindən dördüncüsünü (atam+anam+qızım=ARTIQ İTİRMİŞƏM) itirməyimə imkan verməyəcəksiniz!
Bunun üçün TƏCİLİ KOMPENSASİYAnı götürməliyəm!
Azərbaycanın
“BİR QRUP YÜKSƏKRÜTBƏLİ DÖVLƏT MƏMURLARINDAN İBARƏT KOMANDA” : Hacıyev Vilyam Faxralı oğlu(İmişli Rayon İHB-sı)+Əsgərov Cahangir Cəlal oğlu(Azərbaycan Hava Yolları,QSC-nin Prezidenti)+Gəncə Hava Limanı+Seyidov Arif Akif oğlu(Göygöl Rayon İHB-sı)+Süleyman İsmayılov(Azərbaycan PA-nın Sənədlərlə və Vətəndaşların Müraciətlərilə iş şöbəsinin müdiri),
“Gül.-Gün.” sahibkar müəssisəsinin sahibkarının müflisləşməsi və müəssisənin fəaliyyətinin deaktivləşməsində hər biri özünə aid günahkardırlar.
İmişli Rayon İcra Hakimiyyətinin Başçısı Hacıyev Vilyam Faxralı oğlunun hələ Xanlar RİHB-sı vəzifəsində çalışarkən,yazıb AZAL,QSC-nə yolladığı SAXTA-YALAN məzmunlu MƏKTUB əsasında Azərbaycan Hava Yolları,QSC-nin Prezidenti Əsgərov Cahangir Cəlal oğlu dövlət sifarişi yerinə yetirilərkən MƏCBURİ-QANUNAUYĞUN OLMAYAN formada sökdürülən “Gül.-Gün.” sahibkar müəssisəsinin obyektlərinin tikintilərinə aid olan KOMPENSASİYAnı sahibkar NİYAZOV NİYAZ NOVRUZ oğlunun almasına tam maneçilik törətdi.
KOMPENSASİYAnın alınmasına öz YALAN-SAXTA MƏZMUNLU MƏKTUBu ilə Göygöl(Xanlar) Rayon Icra Hakimiyyəti Rəhbərliyi indi də maneçilik törətdi. Göygöl Rayon İcra Hakimiyyəti Başçısının müavinin imzasilə yeni bir SAXTA-YALAN MƏZMUNLU MƏKTUB yazılıb İqtisadiyyat Nazirliyinə yollanıb. Bununla da Göygöl Rayon İcra Hakimiyyətinin rəhbərliyi təkrar cinayətə imza atıb.
Daha doğrusu bu məsələyə aidiyyəti olan “YÜKSƏKRÜTBƏLİ DÖVLƏT MƏMURLARI”nın hamısı,hərəsi özünə aid olan formada cinayət törədiblər.
Mən elə düşünürəm ki, ÖLKƏ BAŞÇIMIZ ILHAM ƏLİYEV cənabları bu işin ƏDALƏTLI və TƏCİLİ həll olunması üçün nəhayət öz gərəkli göstərişini vercəkdir. Sahibkarın ailəsi uzun illərdir ki, ACLIQ İÇİNDƏ yaşayır.
Güman edirəm ki,bu yaxın vaxtlarda ƏDALƏT BƏRQƏRAR OLACAQ və “Gül.-Gün.” sahibkar müəssisəsinin fəaliyyətə başlamasıçün obyektlərinin tikintisinə start veriləcəkdir!
Azərbaycan Respublikasının Prezidenti ILHAM ƏLİYEV cənablarına və 1-ci Vitse Prezidenti MEHRİBAN xanım ƏLİYEVAya,
“Gül.-Gün.” sahibkar müəssisəsinin sahibkarı NİYAZOV NİYAZ NOVRUZ oğlundan
ŞİKAYƏT MƏKTUBU!
Çoxhörmətli ILHAM ƏLİYEV cənabları və MEHRİBAN xanım ƏLİYEVA, uzun illərdir ki, Azərbaycanımızın DÖVLƏT MƏMURLARI”nın günahları ucbatından “Gül.-Gün.” sahibkar müəssisəmin fəaliyyəti deaktivləşib,mən isə müflisləşmişəm.Elə buna görə də ailəm ACLIQ İÇİNDƏ yaşamına bir güc-bəla ilə hələ də davam etməkdədir. Inanın ki, BORC və SƏLƏM götürməyə nə adres var, nə də buna imkan!
Bütün bunlar haqqında məlum etmək istəyirəm ki, mənə bu çətinləşdirilmiş işimlə bağlı bəlkə SIZ öz köməyinizi əsirgəməyəsiniz.
Mən, hələ 1992-ci ilin dekabr ayında “Gül.-Gün.” sahibkar müəssisəsini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdim.1993-cü ilin aprel ayında Xanlar (Göygöl)Rayon Icra Hakimiyyətinin Başçısı vəzifəsində çalışan Pənah Məmmədovun SƏRƏNCAMİLƏ
sahibkar müəssisəmin obyektlərinin tikintisi üçün 0.5 ha torpaq sahəsi götürdüm.
1993-cü ilin sentyabr ayında isə Xanlar Rayon Xalq Deputatları Sovetinin sədri vəzifəsində çalışan Aşurov Muradın imzasilə
təsdiqlənmiş QƏRAR-la 1.0 ha torpaq sahəsi eyni məqsədlə götürdüm.
Sonra həmin əraziyə Xanlar RİH-i Torpaq Şöbəsinin Müdiri vəzifəsində çalışan Elman Məmmədov mənə DÖVLƏT AKTI
təqdim etdi!
DÖVLƏT AKTI artıq o demək idi ki, torpaq mənim şəxsi mülkiyyətimə keçdi.
Hər il Xanlar Rayon Vergi Şöbəsində 1.5 ha torpaq sahəsinin torpaq vergisini ödəyirdim.
Vergi ÖDƏMƏ QƏBZləri də məndədir.Həmin QƏBZlərin kserokopiyalarilə tanış ola bilərsiniz:
1995-ci ilədək mən obyektlərin tikililərinin xeyli hissəsini həyata keçirə bilmişdim. Bu zamana kimi də Xanlar RİH-dən 1.5 ha torpaq sahəsinin mənə verilməsi sərəncamının və qərarının ləğvi barədə heç bir məlumat daxil olmamışdı. Həmin ərəfələrdə Xanlar RİHB-sı Vilyam Hacıyevlə görüşəndə də bu barədə söhbət getməmişdi və gedə də bilməzdi. Ona görə ki, hər bir iş qanun çərçivəsində aparılırdı. SƏRƏNCAM,QƏRAR və DÖVLƏT AKTInın LƏĞVİ məsələsi heç kimsəni düşündürməmişdi. Ona görə ki, o zaman(1993-1995-ci illərdə) həmin YOLDAŞLARA (yüksəkrütbəli dövlət məmurları) bu lazım olmamışdı. Uzun illərdir ki, dövlətdən KOMPENSASİYA almaq uğrunda kəskin mübarizə aparıram. Mən bu barədə Ölkə Başçısına,Sahibkarlar şurasının Sədrinə də dəfələrlə müraciət etmişəm. Nəhayət ki, uzun illərdən sonra,2016-cı ilin dekabrında Azərbaycan Prezident Administrasiyasından bu məsələyə reaksiya verəsi oldular və araşdırılmanı Iqtisadiyyat Nazirliyinə həvalə etdilər. Bir az əvvəl adlarını sadaladığım sənədlərimin LƏĞVİ haqqında məktubu Iqtisadiyyat Nazirliyi,Gəncə-Qazax bölməsinin işçiləri araşdırma apararkən, həmin bölmənin rəisi ARZU müəllimə Göygöl(Xanlar) RİHB-sı Seyidov Arif Akif oğlu yollatdırıb.
Əslində isə sənədlərin LƏĞVİ barədə Göygöl RİH-də yazılıb yollanmış MƏKTUB YALAN-SAXTAdır!
Əgər belə bir məktub doğrudan da yazılıb İqtisadiyyat Nazirliyə verilibsə,çox böyük saxtakarlığa yol veriblər. Görünür ki, o zaman Göygöl
(Xanlar) Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışmış Hacıyev Vilyam Faxralı oğluna
YALAN-SAXTA MƏZMUNLU MƏKTUBu sifariş edən YÜKSƏKRÜTBƏLİ DÖVLƏT MƏMURLARI ARİF SEYİDOVa da TƏSİR edə bilirlər.
“Gül.-Gün.” sahibkar müəssisəmin tikililərinin Gəncə aeroportunun lap yaxınında (Gəncə aeroportunun o zamankı direktoru Qasımov Firuddinin imzasilə Ədliyyə Naziri Ilyas Ismayılovun adına razılıq məktubu da yazılmışndi. Həmin məktub məndədır) yerləşməsində məqsəd
Gəncə HAVA LİMANInın
bütün işçilərinə GÜZƏŞTLİ XİDMƏT göstərməkdən ibarət idi. Bu barədə tikintiləri başlamazdan əvvəl Gəncə Hava Limanının direktoru Qasımov Firuddinlə bu barədə hələlik şifahi razılığa gəlmişdik. İş başa çatan kimi bu məsələni tamamilə rəsmiləşdirəcəydik. Tikintiləri tezliklə başa çatdırmaqdan ötrü Rusiyada yaşayan dostlarımdan maddi vəsait gözləyirdim. Bu arada TƏƏSSÜFLƏR OLSUN ki, dövlət sifarişilə Gəncə aerovağzal kompleksinin tamamilə yenidən qurulması məsələsi gündəmə gəldi. Həmin vaxt Xanlar Rayon Icra Hakimiyyətinin Başçısı vəzifəsində (əvvəllər bizlərin tabeliyində işləmiş) Hacıyev Vilyam Faxralı oğlu çalışırdı. Hacıyev Vilyam Faxralı oğlu YALAN-SAXTA MƏZMUNLU MƏKTUB yazıb, müəyyən sifarişçilərin xahişlərini yerinə yetirərək Azərbaycan Hava Yolları,QSC-nin Prezidenti Əsgərov Cahangir Cəlal oğluna yolladı. Əsgərov Cahangir Cəlal oğlu isə öz növbəsində bu YALAN-SAXTA MƏZMUNLU MƏKTUBu əlində əsas tutaraq, dövlət sifarişi həyata keçirilərkən MƏCBURİ-QANUNAUYĞUN OLMAYAN formada sökdürülən “Gül.-Gün.” sahibkar müəssisəsinin tikililərinə sahibkar Niyazov Niyaz Novruz oğlu tərəfindən xərclənmiş 400 min manata yaxın maddi vəsaitin dövlətdən KOMPENSASİYAsını almasına tam maneçilik törətdi. Bu işi belə bir vəziyyətə gətirməsində məqsədinin səbəbini Azərbaycan Hava Yolları,QSC-nin Prezidenti vəzifəsində çalışan Cahangir Əsgərov Cəlal oğlu hamıdan yaxşı bilir. Görünür ki, ya təsiredici qüvvələr olmuş,ya da maddi maraq rol oynamışdır.Yoxsa,başqa cür ƏDALƏT bərqərar olardı. Belə bir vəziyyət Naxçıvan aeroportu yenidən qurulanda da baş vermişdi. Məndən fərqli olaraq həmin şəxsin dövlətdən KOMPENSASİYAsını vermişdilər.
O zaman Gəncədən AZAL,QSC-nin Prezidentinə həyasızcasına YALAN məlumatlar vermişdilər.Elə ona görə də AZAL rəhbərilə bu barədə görüşmək istəyim tamamilə puça çıxdı. Bu görüşün baş tutması üçün Gəncə Hava Limanının o zamankı və indiki direktoru Nəcəfov Bəylərdən xahiş etdim. El arasında belə vəziyyətdə deyirlər ki, quzunu qurda tapşırdın. Bir neçə gündən sonra Nəcəfov Bəylər müəllim mənə Cahangir Əsgərov deyir ki, TƏCİLİ o zir-zibilini oradan yığışdırsın, yoxsa BULDUZERlə basdırdacağıq. Sahibkar müəssisəmin tikintilərinin məndə video çəkilişi də vardır.
Vəziyyətin belə olmasını görüb məcbur qalaraqdan Ölkə Başçısı ILHAM ƏLİYEV cənablarına POÇT vasitəsilə şikayət məktubu yolladım. Azərbaycan Prezidentinin Administrasiyasından MÜSBƏT-ƏDALƏTLİ cavab alacağımı gözlədiyim halda RƏDD cavabını AZAL,QSC-nin Prezidenti Cahangir Əsgərovdan aldım. Mənə dedilər ki, get zir-zibiini oradan TƏCİLİ yığışdır!
RƏDD cavabını alandan sonra mən məhkəməyə
müraciət etməliydim. Məhkəməyə müraciət etməməyimin səbəbi var idi. Cahangir ƏSgərov təzəcə həmin vəzifəyə təyin olunmuşdu. Kimliyindən asılı olmayaraq heç kimsəni vecinə almırdı. Eynilə Vilyam Hacıyevin də gözləri ayaqlarının altını tamamilə görmürdü. Elə bil ki,dünənə qədər bizlərin tabeliyində çalışarkən boynunu bükən Vilyam Hacıyev deyil. Özünüz təsəvvürünüzə gətirin, mən onlardan ötrü kim idimki? Naəlac qalıb sahibsiz sahibkar olaraq hələlik gözləmə mövqeyi tutdum ki, bir az zaman keçsə,bəlkə nə isə həll edə bildim və ya nə isə dəyişdi. Həmin illərdə heç nə dəyişmədi. Az əvvəl adlarını sadaladıqlarım yoldaşlar getdikcə daha yüksək səmalarda uçmağa başladılar. Nəzərinizə çatdırım ki, bu yoldaşların hər ikisi də PİLOT olublar. C.Əsgərov PİLOT işləyib,ancaq Vilyam Hacıyevə deyəsən əməlli-başlı qismət olmayıb. Yəqin onun alnına yazılıbmış ki, ICRA HAKİMİYYƏTİNİN BAŞÇISI vəzifəsində çalışmalıdır. Beləliklə, “Gül.-Gün.” sahibkar müəssisəsinin fəaliyyəti deaktivləşdi və sahibkarı olaraq mən də müflisləşdim. Işin belə vəziyyət almasının SİFARİŞÇİLƏRİ və İCRAÇILARI da sevinərək öz keyflərində hələ də bu günə kimi işlərinə davam etməkdədirlər deyə sahibkar müəssisəmin fəaliyyətinə start verə bilməmişəm.Uzun illərdir ki, bu barədə ölkəmişin bütün saytlarına şikayətlər yazıram.Hətta uzun illərdən bəri Ölkə Başçısı ILHAM ƏLİYEV cənablarına da şikayət yollayıram.
Əfsuslar olsun ki, Azərbaycan Prezidenti Aparatındakı Sənədlərlə və Vətəndaşların Müraciətlərilə İş şöbəsinin işçiləri və müdiri SÜLEYMAN İSMAYILOV
şikayətlərimin ÖLKƏ BAŞÇISIna çatmasına imkan verməmişdilər(uzun illərdən sonra mən bu qənaətə gəlmişəm) və bu günə qədər də vermirlər.
Nəhayət ki, 2016-cı ilin dekabrında insafa gəlib mənim uzun illərdən bəri yazdıqlarımın araşdırılması üçün Azərbaycan İqtisadiyyat Nazirliyinə yolladılar.
Iqtisadiyyat Nazirliyinin Gəncə-Qazax regional bölməsinin rəis müavini bu barədə mənimlə görüşüb araşdırma apardı. Sənədlərimi gözdən keçirəndə söylədi ki, 1.5 ha torpaq sahəsinin Niyazov Niyaz Novruz oğlunun şəxsi mülkiyyəti olması haqqında DÖVLƏT AKTI vardır. Yəni,sənədlərim tam qaydasındadır. Bu o deməkdir ki, HAQQ-ƏDALƏT mənim tərəfimdədir. Amma,sözümü tutub irəli duraraqdan heç kimsə bu işi tam həll etmək istəməmiş və hal-hazırda da hələki bunu heç kimsə istəmir.
Belə işləri görən adamların insani hissləri çox aşağı səviyyədə olur. Mən,NİYAZOV NİYAZ NOVRUZ oğlu olaraq indiyə kimi yaşadığım ömrümdə heç kimsənin tikəsini əlindən almamışam. Əksinə imkanım olan yerdə gərəkli insanlara tikə qismət etmişəm. Heç kimsənin malında,pulunda gözüm olmayıbdır və yoxdur. Dövlət pulunu mənimsəməmişəm və o niyyətdə də deyiləm. Bax,bu işlər baş verməsin deyə özüm və ailəmçün AİLƏ ŞİRKƏTİ qurmağa qərar verdim. Əfsuslar olsun,buna imkan vermədilər. Yoxsa,mən indiyə kimi öz ailələrimi yüksək səviyyədə dolandırırdım. Bu zamana kimi 13 ildən də çox zamanda çoxlu miqdarda milyonları qazanmış olacaqdım. Hələ üstəlik çoxlu sayda başqa insanların da dolanmasına şərait yaratmış olardım. Hər halda ALLAH böyükdür və hər şeydən halıdır. ALLAH bilən məsləhətdir.
Mən səbrli insanam.
Bu fani dünyanı ALLAH bizlərə bəxş edib. Amma nahaq iş görənlərin bəlalarını ALLAH özü yaxşı və yerində verər,inşaallah!
“Gül.-Gün.”sahibkar müəssisəsinin sahibkarı Niyazov Niyaz Novruz oğlunun “YÜKSƏKRÜTBƏLİ DÖVLƏT MƏMURLARI” tərəfindən başına gətirilənlərdən dolayı birbaşa günahkar insanlar çoxdur,amma əsasları bunlardırlar : HACIYEV VİLYAM FAXRALI oğlu, ƏSGƏROV CANAHGİR CƏLAL oğlu :
Səmimiyyətimə inanın ki, mən bu QARDAŞLARIN(bu oyunda başqaları da vardır) heç birinə pislik etməmişəm və edə də bilməzdim.Ancaq onlardan bunu artıqlamasilə gördüm.
Xüsusi QEYD: Azərbaycanın “YÜKSƏKRÜTBƏLİ DÖVLƏT MƏMURLARI”nın bu zülmü sayəsində pulsuzluqdan zamanında müalicə etdirə bilmədiyimdən ailəmin 3(üç) üzvünü vaxtından əvvəl itirmişəm: ATAM, ANAM və 30 yaşlı dünyadan nakam köçən QIZIM.
“YÜKSƏKRÜTBƏLİ DÖVLƏT MƏMURLARI” tərəfindən mənim və ailəmin başına gətirilənlərdən dolayı əsas istəklərim bunlardan ibarətdir:
1.Dövlət sifarişi ilə Gəncə aerovağzal kompleksinin yenidən tikilməsi zamanı MƏCBURİ-QANUNAUYĞUN OLMAYAN FORMADA SÖKDÜRÜLƏN “Gül.-Gün.” sahibkar müəssisəsinin tikili olan obyektlərinə xərclənmiş 400 min manat maddi vəsaitin hal-hazırki zamana uyğun koeffisentlə(əmsal) İNFOQRAMMA ilə hesablanmış KOMPENSASİYAsını dövlətdən almaq və dərhal sahibkar müəssisəmin obyektlərinin tikintisinə başlamaq.
2.KOMPENSASİYAnı dövlətdən alana kimi müəyyən zaman tələb olunduğundan, çoxhörmətli ILHAM ƏLİYEV cənabları və MEHRİBAN xanım ƏLİYEVAdan rica edirəm ki,ailəmi aclıqdan qurtarmaq üçün məni yüksəkmaaşlı işlə təmin etməsindən ötrü Azərbaycan Hava Yollarının Prezidenti Cahangir Əsgərova öz göstərişlərini əsirgəməsinlər.
3.Əgər bunu da həyata keçirmək müəyyən bir vaxt aparacaqsa,SİZdən rica edirəm ki,hələlik dövlətdən aid olan KOMPENSASİYAmı alana kimi ailəmin yaşamını təmin etməkdən ötrü heç olmasa SW bankdan mənə 5000 manat UZUNMÜDDƏTLİ (aylıq ödənişi AZ olsun deyə belə istəyirəm) kredit verilməsi üçün SWbank rəhbərliyinə öz göstərişlərinizi əsirgəməyəsiniz.
Hörmətli ILHAM ƏLİYEV cənabları və MEHRİBAN xanım ƏLİYEVA,sizlərə məlum etmək istərdim ki, ailəm ACLIQ İÇİNDƏ həyat mücadiləsindədir!
Aclıq-pulsuzluq bizləri hər bir hərəkətə SÖVQ EDƏ BİLƏR!
Ümidimiz yerdə sizlərə və göydə ALLAHadır!
Rica edirəm,HAQQ-ƏDALƏTin tez bir zamanda bərqərar olması üçün aidiyyəti rəhbərlərə öz göstərişlərinizi əsirgəməyəsiniz!
Unutmayın ki, Gəncədə ilk Azərbaycan sahibkarlarından olan NİYAZOV NİYAZ NOVRUZ oğlunun ailələri ZÜLMlə yaşamlarına davam edə bilirlər!
Daha DÖZƏ BİLMİRİK !!!
ÜMİD EDİRƏM Kİ, SİZLƏRDƏN MÜSBƏT-ƏDALƏTLİ CAVAB ALA BİLƏCƏYƏM!
Hörmətlə : “Gül.-Gün.” sahibkar müəssisəsinin SAHİBKARI- NİYAZOV NİYAZ NOVRUZ oğlu.
KORRUPSİYA.AZ OLARAQ MƏKTUBDA ADİ HALLANAN MƏMURLARINDA FİKRİNİ DİNLƏMƏYƏ HAZIRIQ.