Quba rayonunun Nügədi kənd sakini Əliyeva Reyhan Musa qızı 25 May 2016-cı il tarixdə baş vermiş və hələ də hüquqi qiymətini ala bilməyən hadisə barədə danışıb
Şikayətçi bildirib ki, 19 yaşlı qızı ilə 3 il birlikdə yaşayan polis kapitanı Osmanov Murad Atamoğlan oğlu 25 May 2016-cı ildə ondan ayrılaraq atasının evinə qayıdan qızını xüsusi amansızlıqla döyüb. Onun sözlərindən məlum olur ki, hadisədən sonra uzun müddət xəstəxanalarda müalicə olunan 2 uşaq anasının şikayətinə Quba rayon prokurorluğunda baxılmır. R. Əliyeva şikayətə baxılmamasını M. Osmanovun polis kapitanı olması ilə əlaqələndirir.
Xatırladaq ki, müsahibimiz Osmanovun onların evinə basqın etməsinin də görüntülərini bizə təqdim edib. (24saat.org)