Xəbər verildiyi kimi, Azərbaycanın hüquq-mühafizə orqanları Ağstafa rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevi və ardınca Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovu həbs edib. Bu şəxslərin vəzifə başında olduğu müddətdə tabeçiliklərində olan ayrı-ayrı məmurlardan pul toplaması faktlarla sübut olunub. Amma bu Azərbaycanda yeganə hal deyil. İcra başçılarının bu şəkildə pul toplaması haqda mətbuatda dəfələrlə yazılıb. Anaxeber.info olaraq bununla bağlı google üzərindən apardığımız axtarış zamanı Bərdə rayon icra başçısı Vidadi İsayevlə bağlı ilginc faktlara rast gəldik. Məsələn ölkə mediasında dərc olunan bir məlumata diqqət yetirək: “İdda edirlir ki, Vidadi İsayev özünə kiçik bir yaddaş kitabçası açıb və orada məmurların həyata keçirdiyi maxinasiyalar son qəpiyinə kimi qeyd olunub. Məhz icra başçısı idarə müdirlərinin ayda nə qədər qazanc əldə etdikləri hər kəsdən yaxşı bilir. Məlumat mənbəmizin iddiasına görə artıq 2 ildən çoxdur ki, Bərdə idarə müdirləri icra başşçısı Vidadi İsayevə konkret olaraq siyahı ilə aylıq verirlər. Belə ki, 28 saylı Yol İstismar İdarəsinin müdiri İlham Əzimov ayda 3 min manat (həyata keçirdikləri yol maxinasiyalarından əlavə), Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlyas Hacıyev ayda 5 min manat, Təhsil Şöbəsinin müdiri Rzaquli Şərifov ayda 5 min manat, Mərkəzi Xəstəxananın baş həkimi İftixar Zeynalov ayda 5 min manat, Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Natiq Əhmədov, Qarabağ Meşə Meliorasiya İdarəsinin müdiri Rəşid Rzayev, Subartezan Quyularının İstismar İdarəsinin müdiri Firudun Baxşalıyev, Meliorasiya İdarəsinin müdiri Sərdar Əhmədov ümumilikdə 20 min manat hesab verirlər. Mənbəmiz bildirir ki, su idarələrinin hesabını Suvarma Sistemləri İdrəsinin müdiri Natiq Əhmədov yığaraq vidadi İsayevə çatdırır”. Eynən Nizaməddin Quliyevin iş sisteminə bənzəyir. Vidadi İsayev bu zonanın strateji əhəmiyyətli bölgəsi olan Bərdədə qanunsuzluqları, maliyyə cinayətləri, sahibkarları sıxışdırması, məcburi köçkünləri və şəhid ailələrini saymaması artıq əndazəni aşmaqdadır. Vaxtilə Gəncənin icra hakimi olmuş, gəncəliləri incitməklə, onları təhqir etməklə ad çıxarmış, sui-qəsdə məruz qaldıqdan sonra vəzifəsindən azad edilmiş Elmar Vəliyevin yaxın kadrlarından hesab edilən Bərdənin indiki icra başçısı Vidadi İsayev də onun yolunu getməkdə, insanları incitməkdə ittiham olunur. Eyni zamanda Anaxeber.info olaraq bildirək ki, mediada Vidadi İsayevin qanunsuz əməlləri barədə çoxsaylı materiallar materiallar hansısa naməlum mənbəyə deyil, konklret şəxslərə istinadən hazırlanıb və bu günə qədər oradakı materiallar təkzib edilməyib. O, nə vətəndaşları qəbul edir, nə şikayətləri dinləyir, nə də məcburi köçkünlərə, şəhid ailələrini sayır. İnsanlara yuxarıdan aşağı baxır. İnternet resurslarında Vidadi İsayevlə bağlı vətəndaşların müraciətlərində icra başçısı ciddi sosial narazılığa səbəb olan əməllərdə ittiham edilir. Bərdə Rayon İcra Hakimiyyəti bütün bunlar barədə susub. Hazırda bütövlükdə ölkədə narazılığın olduğu bir dönəmdə Vidadi İsayevin icra başçısı kimi fəaliyyətini davam etdirməsi hakimiyyətin maraqları üst-üstə düşmür. Hökumət ən müxtəlif layihələrlə sosial narazılığın pik həddinə çatmasının qarşısını almağa çalışır. Əmək haqları, pensiyalar artırlır, vətəndaşların şikayət və müraciətlərinə əvvəlki illərə nisbətən daha reaksiyalar verilir və s. Belə bir vəziyyətdə Vidadi İsayev kimi məmurların faəliyyəti ani sosial partlayışı şərtləndirə bilər. Hökumətdə bunun fərqindədirlər. İcra başçılarının dəyişdirilməsi prosesinə də buna görə start verildiyi ehtimal olunur. Bu prorseslərdə isə adətən əhalinin daha çox narazılıq etdiyi məmurlar yola salınırdı. İndi isə daha sərt tədbirlərin görüldüyünün şahidi oluruq. Yuxarıda sadalananları nəzərə alsaq növbəti xəbərlərin birində “Bərdə rayon icra başçısı Vidadi İsayev” həbs olundu başlığına təəccüblənməyə dəyməz.
Anaxeber.info

Paylaş