Teref,az yazır ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə keçmiş deputat Hadı Rəcəblinin ailə üzvlərinə məxsus şirkətlərin yeni siyahısı ilə içtimaiyyəti tanış edib. Cavanşir Həsənlinin paylaşdığı statusu təqdim edirik:

“Bir vaxtlar Milli Məclisin “biznesim yoxdur” deyib üzə duran keçmiş deputatı Hadı Rəcəblinin ailə üzvlərinə məxsus daha beş şirkət haqqında məlumatları paylaşıram:

1. “VRS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
2012-ci ilin iyulun 11-də 100 manat nizamnamə kapitalı ilə Hadı Rəcəblinin yaşadığı ünvanda – BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, QULU QULİYEV, ev 8, m. 40 qeydiyyatdan keçib. Təsisçisi keçmiş deputatın gəlini SƏİDƏ RƏCƏBLİ PƏRVİZ qızıdır.
VRS – Vüsal (Rəcəbli) Səidə adları və soyadlnın abbreviaturasıdır.

2. “MOBA3” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2013-cü il yanvarın 1-də 100 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Təsisçisi SƏİDƏ RƏCƏBLİ PƏRVİZ qızıdır.

3. “VRS CONSULTİNG” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2013-cü fevralın 14-də 100 manat nizamnamə kapitalı ilə Hadı Rəcəblinin yaşadığı ünvanda hüquqi qeydiyyata alınıb. Qanuni təmsilçisi CÜLYETTA HƏSƏNOVA ƏNVƏR qızıdır.

4. “VR SOLUTİONS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2011-ci il iyununda qeydiyyatdan keçib, təsisçisi RƏCƏBLİ VÜSAL HADI oğludur

5. “K.E.T.S” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 10 manat nizamnamə kapitalı ilə LƏNKƏRAN RAYONU, LƏNKƏRAN ŞƏHƏRİ, SƏTTARXAN ev.4-də hüquqi qeydiyyata alınıb. Təsisçisi RƏCƏBLİ TURAL HADI oğludur.

Və bundan əvvəl məlum olan şirkətləri:

6. MƏKAN KİÇİK MÜƏSSİSƏSİ – Təsisçisi Hadı Rəcəblinin həyat yoldaşı Mehriban Heybət qızı Rəcəblidir.

7. “MOSKOMMERS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ – Təsisçisi Hadı Rəcəblinin oğlu Tural Rəcəblidir.

8. “KAVERSON” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ – Təsisçisi Hadı Rəcəblinin oğlu Tural Rəcəblidir.

9. “APTUST” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ – Təsisçisi Hadı Rəcəblinin bacısı Rübayəl Rəcəbova Musa qızıdır.

10. “ŞERİF-R” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ – Təsisçisi Hadı Rəcəblinin Lənkəran rayon Maliyyə İdarəsinin rəisi işləyən qardaşı İqbal Rəcəbovun oğlu Rüstəm Rəcəblidir.

11. “VERAVUL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ – Qanuni təmsilçisi Hadı Rəcəblinin yaxın qohumu Şadil Xəzail oğlu Rəcəblidir.”





Paylaş