Ötən əsrin 90-cı illərində bir sıra təsadüfi adamlar sözün əsil mənasında müstəqilliyin bəhrəsini gördülər. Onlar zamanın nəbzini tez tutaraq İrandan Azərbaycana və Rusiya üzərindən Avropaya açılan yeni transmilli narkotika dəhlizinin fəal daşıyıcılarına çevrilib iş adamları kimi önə çıxdılar. Onlara İranda və Rusiyada fəaliyyət dairələrini genişləndirməkdən ötrü münbit şərait yaradıldı. İranla ticarət dövriyyəsinin 70%-dən çoxu onların inhisarına verildi. Hakim rejimin tələblərinə riayət etmək şərti ilə cəmiyyətdə önə çıxarıldılar. Qara bazardan gələn pul kütləsi dünənə qədər tərəvəz əkib- becərən, bazarlarda xırdavat alveri edən yeni tacirləri biznesmenlərə, oliqarxlara çevirdi.

Hakimiyyətə verilən rüşvət hesabına hərəkətə gələn korrupsiya qatarının ilk yolçuları kimi yola çıxan bu acgöz və ac nəfis zavallılar həm də rejimin bütün çirkli oyunlarının iştirakçılarına çevrildilər. Çoxu Azərbaycanda və Rusiyada, digər postsovet ölkələrdə oxumadan saxta ali təhsil diplomları alaraq dövlətdə məsul vəzifələrə təyin olundular, hətta bəziləri Milli Məclisə deputat da seçildilər. Onları Əlahəzrətin tapşırığı ilə uzun müddət Baş Nazirin 1- ci müavini vəzifəsində işləmiş Abbas Abbasov və Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə idarə edirdilər.

Barəsində mövzu açacağımız Masallı rayon sakini, Hacı Mazan kimi tanınan Ramazan Zeynalov bu sırada xüsusilə diqqəti
cəlb edir. Mətbuatda onun qanunsuz əməl və hərəkətləri barədə çoxlu məqalələr dərc edilib. Biz isə onunla bağlı özəl məqamları önə çəkirik. Hacı Mazan “Kamaz” yük maşınının sürücüsü olaraq müstəqilliyin ilk illərində tərəvəz məhsullarının arasında İrandan gətirilən narkotik vasitələri maneəsiz olaraq iz buraxmadan Rusiyaya aparırdı.1993- cü ildən sonra fəaliyyət dairəsini daha da genişləndirdi. Moskva, Sankt- Peterburq, Ryazan, Kazan, Murmansk və Perm şəhərlərinə apardığı həmyerlilərini bazarlara çıxarıb onları narkotik vasitələrin alqı- satqısına cəlb etdi. Bazar qaydalarını pozanları Rusiya milisinin vasitəsi ilə ya şərlətdirib həbs etdirir, ya da külli miqdarda borca saldıraraq kölə kimi işlədirdi. Hətta, cızığından çıxanların bəzilərini narkotika ilə zəhərlətdirirdi. Həmin dövrdə Mazanın “dəstəyi” ilə Murmanskda “çörək pulu” qazanan bir çox Masallı sakinlərinin ölüm xəbərləri təsadüfi deyildi. İrandan gətirilən tonlarla narkotik vasitələr Mazanın və onun tabeliyində olan şəxslərin yük maşınlarında Dağıstana keçirilib Rusiyadakı ünvanlarına çatdırılırdı. Çox keçmədən göstərdiyi xidmətlərə görə Hacı Allahşükür onu himayəsinə aldı. Qardaşı Elxan Lənkəranda Yol Polisində mühüm vəzifəyə təyin edildi. Oğlu Bayram Şeyxin bacısı qızı ilə ailə qurdu. Qaradağ rayon Polis İdarəsinin Yol Polisi şöbəsinin rəisi vəzifəsinə təyin olundu. Qudası general Şərif Əsədullayev onun mühafizəsini təmin etdi.Hacı Mazan narkotik biznesindən yığdlğı milyonları Şeyxlə birlikdə tikinti bazarına yönəltdi. Şeyx isə öz növbəsində iltifat göstərərək dövlətdə yüksək vəzifələrdə işləyən bəzi şəxslərlə onun yaxın əlaqələrini qurdu. Şeyx hətta 2003 və 2009-cu illərdə Ramazan ayında evində açdığı iftar süfrəsinə prezident İlham Əliyevlə birlikdə Hacı Mazanı da dəvət etdi. Bir müddət
Daxili İşlər Nazirliyinin
hal- hazırda ləğv olunmuş Narkotiklərə Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində işləmiş Eldar Mahmudovun keçmiş Milli Təhlükəsizlik Naziri vəzifəsinə təyin olunması Hacı Mazanın imkanlarını daha da artırdı. Həmin dövrdə Hacı Mazan DİN – nin Baş Cinayət – Axtarış Mübarizə İdarəsində bölmə rəisi vəzifəsində işləyən, sonradan törətdiyi kütləvi cinayətlərə görə həbs olunmuş Hacı Məmmədovla da yaxın münasibətlərə malik idi. Onları Masallı rayon Polis şöbəsinin keçmiş rəisi Qambay Muradov tanış etmişdi. Hacı Mazan Masallı şəhər sakinləri – “Nur” MMC- nin rəhbəri Nəriman Əliyevin və “kərpic Fəxrəddin” kimi tanınan Fəxrəddin Baxışovun Şeyxlə əlaqələrini qurub onlara himayədarlıq etdi. Nəriman Əliyev Hacı Allahşükür Paşazadənin zəmanəti ilə 2010- cu ildə 70 saylı Masallı şəhər Seçki Dairəsindən Milli Məclisə deputat “seçildi.” Milli Məclisin keçmiş deputatı Əhəd Abıyev məhz Hacı
Mazanın intiqam hissinə görə Masallıdan Milli Məclisə yenidən deputat seçilə bilmədi.

Hüquq mühafizə orqanları Hacı Mazanla bağlı keçmişin qarmaqarışıq qaranlıq dərinliyinə enərsə daha dəhşətli cinayət faktlarını aça bilər. xəbərfakt.az   ( ardı var)

Paylaş