Ekologiya və Təbii Sərvətlər Nazirliyinin​ Ağ Göl Milli Parkında Loğman Mehdiyev “bazarı” hələ də işləyir…

Korrupsiya.az bildirir ki, adı daim mətbuatın gündəmindən düşməyən Ağgöl Milli parkı ilə bağlı Xalqxeber.az-a daxil olan məlumatda bildirilir ki,​ Milli Parka yeni direktoru​ Qüdrət İbrahimov öz səlahiyylərini tamamilə Loğman Mehdiyevə verməklə bərabər həmdə onun şərikinə çevrilib. Belə ki, direktor​ Ağ Göl Milli Parkında bütün işlərin​ nəzarətini müavini Loğman Mehdiyevə həvalə etməklə bərabər həmdə oğurluq işlərdən​ əldə edilən pullarada şəriklik edir.​

Ağcabədi rayonundan saytımıza​ daxil olan məlumatda bildirilir ki, direktor müavini Loğman Mehdiyev koronovirusla bağlı​ ölkəmizdə elan edilən karantin rejimindən istifadə edərək​ Ağ Göl Milli Parkında​ balıq və heyvan ovunu davam etdirməklə məşğuldur. Belə ki, hazırda Ağcabədi və​ İmişli rayon bazarlarına demək olar hər gün​ Ağ Göl Milli Parkından tutulan​ balıqlar satışa çıxarılır. Məlumatda vurğulanır ki, karantin rejimi ilə əlaqədar restoran və kafelərin bağlanmasına baxmayaraq Loğman Mehdiyevin​ adamları balıqlarını qapı-qapı düşüb sata bilirlər.
Bildirilir ki, işin ən maraqlı tərəfi isə ondan ibarətdir ki, Loğman Mehdiyev və adamları​ Milli Parkdan tutduqları balıqların bir hissəsini İmişlidə fəaliyyət göstərən şəxsi​ balıq vətəgəsinə yığırlar. Yəni Loğman Mehdiyevin komandası indidən bir növ​ qışa «hazırlıq» görürlər.

Karantin rejimindən sui-istifadə edən Qüdrət İbrahimovla Loğman Mehdiyev cütlüyünün adamları​ demək olar ki, son 20 gündə​ Ağ Göl Milli Parkında dayanmadan qanunsuz balıq​ ovunu həyata keçirirlər.

Loğman Mehdiyevin qanunsuz balıq ovunda əsas iştirkaçılar isə Milli Parkın mühafizəsini qoruyan yegerlərdir. Yəni balıqçılarla yegerlər birlikdə Ağ Göldə tor qururlar. Hətta Loğman Mehdiyevin səyi nəticəsində bir neçə​ brokenyer​ Milli Parkada yeger kimi işə götürülüb. Məhz Ağ Göl Milli Parkında qanunsuz balıq ovu ilə həmin yeger-brokonyerlər məşğul olur.​

Qeyd edək ki,Ağ Göl Milli Parkında baş verən qanunsuz balıq ovu fəaliyyəti ilə bağlı​ Xalqxeber.az saytına daxil olan digər məlumatları da araşdırıb oxucularımıza təqdim edəcəyik.​

Paylaş