Qazax rayonunda qətl törədilib.

Hadisə rayonun İkinci Şəxlı kəndində baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü Nəsimi İsmayılov mühafizəçi işlədiyi obyektə oğurluğa gələn 1999-cu il təvəllüdlü Feyruz Mansurova bir bıçaq zərbəsi endirib.

O, hadisə yerində ölüb. Qətli törədən N.İsmayılov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş