Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Qurban Sadıqov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “heroin” aşkar edilərk götürülüb. Bu barədə DİA.AZ-a DİN-dən verilən məlumatda deyilir.

İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində isə qanunszu olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Mahmudov saxlanılaraq Kəpəz RPİ-nə gətirilib. Polis idarəsində saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman narkotik maddə olan “heroin” aşkar olunub.

Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.

Gəncədə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Gəncədə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Gəncədə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Paylaş