Gədəbəy rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların narazılığına səbəb olan sürücünü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Korrupsiya.az-a verilən məlumata görə, rayon sakini Elşən Abbasov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, yol nəqliyyat-hadisəsi törədər hadisə yerindn yayınması və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub.
Həmin şəxs barəsində DYPB-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib.
Məhkəmənin qərarı ilə E. Abbasov 15 sutka inzibati qaydada həbs edilib.