Gəncə şəhər sakini xəstəxanada vəfat edib.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Belə ki, 1983-cü il təvəllüdlü şəhər sakini Sahib Abdullayev Samux rayon sakini 1998-ci il təvəllüdlü Elmar Əsgərovla əlbəyaxa dava edib.
S.Abdullayev yıxılaraq başı səkiyə dəyib və komotoz vəziyyətə düşüb.
O, xəstəxanaya çatdırılsa da, onun həyatın xilas etmək mümkün olmayıb.
Faktla bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb.
Paylaş