Prokurorluq Göygöl rayonunda qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Rayon prokurorluğundan daxil olan məlumatda deyilir:

“Sentyabrın 1-i saat 19 radələrində Göygöl rayonu, Çaylı kəndi ərazisində kənd sakini 1993-cü il təvəllüdlü Ayxan Hüseynlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin tanışı, 1986-cı il təvəllüdlü Hüseyn Əsgərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Ayxan Hüseynliyə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürmüşdür.

Faktla bağlı Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Hüseyn Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda istintaq davam edir”.

Paylaş