Vergilər Nazirliyi “işsizlər ordusu” yaradır – Kimdir günahkar, nazir Mikayıl Cabbarov, yoxsa ətrafı?

Vergilər Nazirliyində müəmmalı hadisələr cərəyan etməkdədir. Nazir Mikayıl Cabbarovun komandası nazirliyin bütün strukturlarında ciddi narazılıqlar yaratmaqda davam edir. Əslində, çoxdan müşahidə etdiyimiz bu mənzərə son vaxtlar açıq şəkildə özünü büruzə verməkdədir. Müxtəlif mənbələrdən aldığımız informasiyalar onu deməyə əsas verir ki, Mikayıl Cabbarovun etimad göstərərək Vergilər Nazirliyində yüksək postlara təyin etdiyi bir sıra şəxslər süni narazılıqlar yaratmaqla, naziri ustalıqla hədəfə gətirirlər. Daxil...

Deputatın oğlu ilə bağlı yoxlama başlayır…

“Maliyyə Bazarlarına Nəzarət Palatası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətini araşdıracaq. İlin əvvəlindən banklarla sözügedən qurum arasında başlayan qalmaqal pik həddə çatıb. Fondun rəhbəri Fəxri Kazımovun bank rəhbərlərinin müraciətlərinə əhəmiyyət verməməsi, kredit limitlərini ancaq özünün seçdiyi kommersiya təşkilatına yönəltməsi ciddi gərginlik yaradıb. Artıq Fəxri Kazımov barəsində tədbir görməyin vaxtı çatıb”. Teref.az xəbər verir ki, “AzPolitika.info” bank sektorundakı mənbələrə istinadla məlumat...

“Gecə plombı kimsə qırır, sabahı «Azərqaz» gəlir….” – VİDEO

Space Tv-də Amil Xəlilin «Olar? Olmaz!» verilişində növbəti maraqlı araşdırma tamaşaçılara təqdim edilib. Unikal.org xəbər verir ki. bu dəfə isə sayğacların plomlarına görə yazılan cərimələrdən söz açılıb. Teleaparıcının sualı isə qrumun rəsmi nümayəndəsi Ceyhun Səfərə yönləndirilib. "Bu necə ola bilər ki, gecə plombı kimsə qırır səhəri günü «Azərqaz» gəlir və cərimə yazır» sualına qurumun mətbuat xidmətinin rəhbəri cavab verib. O, hətta...

Gününü eyş-işrətdə keçirən məcarapərəst məmur Anar Vəliyev kimdir? – DOSYE

Artıq Asif Ağayevin Beyləqan rayonuna icra başçısı vəzifəsinə təyin edilməsi tam bir il olmasa da, ilə yaxındır. Asif Ağayev digər icra başçıları kimi başçı kürsünə əyləşər-əyləşməz deyil, ondan bir neçə ay sonra kadr islahatı aparmağa başlayıb. Əslində, icra başçısının bu seçimini təqdirəlayiq hall sayırıq. Beyləqanda ictimaiyyətində icra başçısından gözlədiklərindən biri də məhz belə bir kadr dəyişikliklərinin həyata keçirilməsi idi...

Nicat Cəlilovun dərman “biznesi”

7GUN.az-a Penitensiar Xidmətin Müalicə Müəssisəsində məhkumlardan və onların ailə üzvlərindən məcburi rişvət alınması, məhkumlara verilməsi nəzərdə tutulan dərman preparatlarının onlara pulla satılması və digər ciddi məlumatlar daxil olub. Məlumat verən mənbə iddia edir ki, Müalicə Müəssisəsinin baş həkimi Nicat Cəlilov hətta psixotrop dərmanları narkotik vasitələrin istifadəsinə görə həbs olunan və psixoloji xəstəliklərdən əziyyət çəkən məhkumlara baha qiymətə satır. Məlumatların ciddiliyini...

“Şaqay” su kanalına qənim kəsilənlər kimlərdir? – GİLEY

Redaksiyamıza şikayət edən Salyan və Cəlilabad rayon sakinləri “Şaqay” su kanalının Salyan rayonu ərazisindən keçən hissəsinə naməlum şəxslər tərəfindən zəhərli maddələr buraxıldığını bildirir. Moderator.az-a danışan sakinlərin sözlərinə görə bunu ancaq balıq satışıyla məşğul olan şəxslər edir. Onlar balıq tutumaq üçün kanalın qarşısına tor qurur və suya müxtəlif maddələr tökürlər. Bundan sonra isə balıqlar boğulduğu üçün suyun üzünə çıxaraq tora düşürlər. Sakinlər...

Bakının 10 aydır başçısız qalan rayonu – Müəmma davam edir…

Bakının 10 aydır başçısız qalan rayonu Bakının Xətai rayonu 10 aydır başçısız qalıb. 2018-ci il dekabrın 13-də Razim Məmmədov vəzifəsindən azad edildikdən sonra Xətai rayon İcra Hakimiyyətinin başçısı postuna hələ də təyinat gerçəkləşməyib. Dia.az xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, hazırda icra başçısının səlahiyyətlərini Rafiq Quluyev yerinə yetirir. O, 1997-ci ildən sözügedən İcra Hakimiyyətinin ümumi şöbəsində müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı...

DYP inspektorlarının pusqu, tələ və cərimə oyunu – FOTOLAR

Bu günlərdə Bakıda 4 dəfə narkoza düşmüş bir sürücü əsəbləşərək DYP əməkdaşını təhqir etmişdi… Onu cəzalandırdılar. Amma yəqinki çoxlarımız hər gün belə əsəbi situasiya ilə qarşılaşırıq… Tanınmış vəkil Əlirza Həbilov həmin sürücünün hərəkətinə hüquqi qiymətin verilməsi ilə bağlı özünün FB səhifəsində maraqlı status paylaşıb. Buna görə təşəkkürlər… Və ən vacibi, nazir Vilayət Eyvazov sürücünü o həddə gətirən polis zabitini də...

Azərbaycanda 21 yaşlı qız polis əməkdaşının qanını axıdıb

Gənc qız polis əməkdaşının qanını axıdıb. Criminal.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl Salyan rayonunda baş verib. Rayon sakini 21 yaşlı Aytən Salyan rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi, polis kapitanı Həmzə Əzizovu qayçı ilə yaralayıb. İddialara görə, onlar arasında gizli münasibət olub. Lakin H.Əzizov qızla evlənməyib və ailəsi onu öz qohuna ərə verib. Bir müddət sonra Aytən ailəsindən...