2 800-ə yaxın şəxs dövlət qulluğuna imtahan verəcək

Dövlət İmtahan Mərkəzi aprelin 30-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirəcək. Bu barədə "Korrupsiya.az"a mərkəzdən məlumat verilib.İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək...

Lənkəranda kütləvi zəhərlənmə olub.

24 aprel saat 01:15 radələrində Lənkəran rayon Bəliton kənd sakinləri olan 17 nəfər (1-i kişi, 7-si qadın, 9-u uşaq olmaqla) qida zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib.Bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. “7 nəfər ambulator müalicə üçün evə buraxılıb, 10 nəfər isə tibb müəssisəsinin müvafiq şöbəsinə yerləşdirilib....

Zakir Həsənov Qazaxıstana getdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə aprelin 18-də bu ölkəyə rəsmi səfər edib. Bu barədə "Korrupsiya.az"a Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılır.    

Hərbi vəzifəlilərin təlim toplanışı keçirilir – FOTO

  Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin təlim toplanışı keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ehtiyatdan çağırılan hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar. Hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas və...

Bu yollarda sıxlıq var – SİYAHI

    Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb.Bu barədə "Korrupsiya.az"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 4. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində; 5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 6. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə...

Prezidentdən Aqil Abbasla bağlı SƏRƏNCAM

  Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.   "Korrupsiya.az" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.Qeyd edək ki, A.Abbasın bu ay 70 yaşı tamam olub.    

Əli Nağıyevi gözdən salma və DTX-ya qarşı təxribat kampaniyası – Ata öz oğlunun ölüm səbəbinin araşdırılmasını niyə istəmir?

Dünən axşam millət vəkili Fazil Mustafa terrora məruz qaldı. Sui-qəsdçi onu avtomat silahdan güllə-barana tutsa da, xoşbəxtlikdən yalnız 2 güllə onun sağ çiyninə və bud nahiyəsinə isabət etdi, millət vəkili sağ qaldı. Hadisənin DTX-nın yaradılmasının 104-cü ildönümündə baş verməsi təsadüfi olmaya bilər.  Xatırlayırsınızsa, iki il yenə eyni gündə Cəmil Həsənlinin qızının intim görüntüləri yayılmış, sanki hansısa qüvvə bu təxribatın arxasında...

“City net” vətəndaşın pulunu mənimsəyib internetini vermir “City net”ə dur deyən olacaq?ŞİKAYƏT

"Korrupsiya.az" informasiya agentliyinə şikayət edən vətəndaş bildirir ki, internet pulumuzu hər ay vaxtı ilə ödəsəkdə, şirkət bizlə rəsmən el dilində desək məzələnir. Xətai rayon N.Əliyev 28 ünvanında yaşayan vətəndaş iddia edir ki, bu şirkət nə şikayətdən, nə vətəndaşın harayından nədə ki, ölkə qanunlardan belə çəkinmir. Öz öhdəliklərini yerinə yetirməməklə müştəri hüquqlarını kobud şəkildə pozan şirkətlərdən biri də “City net” şirkətidir ki,...

Vətəndaşları rəsmən incidən, Rəhim Sultanova dur deyən olacaq?VİDEO

"Mənzilimizə vertolyotla girək?" Səbail rayonunda yerləşən "Pilot rezidense" yaşayış kompleksinin sakinləri "Patrul.az"a müraciət edərək çıxılmaz vəziyyətdə olduqlarını bildirib, problemləri ilə tanış olmaq üçün əraziyə gəlib yerində tanış olmağımızı xahiş etdilər. Biz də Patrul.az heyəti olaraq əraziyə yollandıq. Vəziyyətlə yerində tanış olduq. Qısa desək, burada yaşayan sakinlər mənzillərinə girib-çıxmaq üçün vertolyot almalıdırlar. Hərçənd ki, o vertolyotun enib-qalxması üçün də həyətləri yoxdur,...

Polis Balakəndə əməliyyat keçirdi – Saxlanılanlar var

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı dələduzluq, oğurluq cinayətləri törədən, narkotiklərin dövriyyəsi və satışı ilə məşğul olan, eləcə də qanunsuz odlu silah-sursat saxlayan şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Korrupsiya.az"a verilən məlumata görə, polis şöbəsinə müraciət edən zərərçəkən, “Vüqar” adlı şəxsin onun yaxın dostunu cəzaçəkmə müəssisəsindən azad etdirəcəyi kimi yalan vədlər verərək 24 min...

Ən çox oxunanlar