Bu ay “Nurgün motors”la bağlı iki protokola baxılacaq – Valyuta vəsaiti xaricdən geri qaytarılmayıb – Külli miqdarda cərimə gözləyir

"Nurgün motors" MMC-yə yazılan cərimə protokollarına baxılacaq tarixlər açıqlanıb.   Korrupsiya.az-ın xəbərinə görə, protokolun birinə Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın sədrliyi ilə aprelin 9-da, digərinə isə həmin rayon məhkəməsinin hakimi Anar İbadzadənin sədrliyi ilə aprelin 16-da baxılacaq.   Qeyd: Mərkəzi Bank protokolları İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və...

İctimai yerlərdə “Wi-Fi” təhlükəsi – VİDEO

İctimai yerlərdə internetə pulsuz giriş mövcuddur. Bəzən belə yerlərdə şifrə tələb olunmadan, birbaşa qoşulmaq mümkün olur. Bu da bir çox hallarda şəxsi məlumatların oğurlanması və digər ciddi problemlərə səbəb olur. İnformasiya və kommunikasiya texnologiyaları üzrə mütəxəssis Fərhad Mirəliyevin sözlərinə görə, ictimai "Wi-Fi”ya qoşulma istifadəçilər üçün asan yol olsa da, hakerlər üçün cəlbedici mühitdir. Bununla elektron poçt, kredit kartları və digər məlumatlar...

Nazirdən yüksək vəzifəyə təyinat

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinə rəis təyin edilib. Bu barədə mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə Pərvin Kazımov təyinat alıb. Qeyd edək ki, bu vəzifəni bir müddətdir Pərvin Kazımov icra edirdi və o rəsmi şəkildə bu vəziəyə təsdiqlənib. Pərvin Kazımov əvvələr Gəncə şəhər İcra Hakimiyyətində çalışıb.

Azərbaycanda “Prius”ları əvəzləyəcək maşın modeli məlum oldu – VİDEO

Bir neçə gün əvvəl Nazirlər Kabinetinin taksilər barədə məlum qərarından sonra kütləvi surətdə satışa çıxarılan “Prius”ları əvəzləyəcək maşın modeli məlum olub. Bir neçə gündür maşın alqı-satqısı üzrə ixtisaslaşmış saytlarda istehsal ili 2016-cı ilə qədər olan “Prius”ların satış elanları çoxalıb. Taksi xidməti göstərən maşınların dəyər-dəyməzə satılması fonunda digər bir modelin sifarişləri isə elə həmin saytlarda artıb. Söhbət “Toyota Corolla Fielder” modelindən...

Təhlükəli TİBBİ XİDMƏT – Evdə tibb bacısı kimi fəaliyyət götərənlərə necə etibar edək? 

Azərbaycanda xəstəxanalarla yanaşı evlərdə də tibb bacısı funksiyasını yerinə yetirənlərə rast gəlinir. Səhhətində yaranan problemə görə həkimə, xəstəxanaya müraciət etmək istəməyənlər qohum-qonşu arasında tibb bacısı kimi tanınan birinə üz tuturlar. Dövlət və özəl xəstəxanalarda tibb bacısı vəzifəsində işləyənlər qohum-qonşuya, tanışa işdən sonra ya müəyyən ödəniş müqabilində, ya da könüllü şəkildə xidmət göstərirlər.  Bundan əlavə sadəcə özəl kurslarda qısa müddətdə dərs...

Respublika Stadionunda xoşagəlməz vəziyyət – FOTO

Bakıda önəmli yarışların keçirildiyi stadionun adının əks olunduğu lövhə baxımsız vəziyyətdədir. Bununla bağlı foto sosial şəbəkələrdə paylaşılıb. Metronun “Gənclik” stansiyası yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika Stadionun adının yazıldığı lövhədə qızılı rəng ovularaq tökülüb. Həmin fotonu təqdim edirik:    

Qanunla Azərbaycanda it əti də satıla bilər – Ekspert 

At əti istehlak etmək bizim millətimizin adətində yoxdur. Lakin ölkədə istənilən ətin satışına da qadağa qoyulmayıb. İstər it, istər pişik - istənilən ət qanunla satıla bilər.  Bu sözləri Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Qazaxıstandan Azərbaycana yanvar ayında 14,53 ton at əti gətirilməsi haqqında yayılan xəbərləri şərh edərkən deyib. Onun sözlərinə görə, at ətinin hansı sahələrdə istifadə olunacağı ilə bağlı...

Bu bahar oliqarxların “yarpaq tökümü” gözlənilir… – Ruslan Əliyevin izindən kimlər gedir?

Ruslan Əliyevin “Azəriqaz” İstehsalat Birliyinin sədri vəzifəsindən azad edilməsi yeni kadr dəyişikliklərinin anonsu sayıla bilər... Poliqon xəbər verir ki, Ruslan Əliyevin sabiqlərin sırasına qoşulmasından sonra irəli sürülən mülahizələrə görə, proses bununla yekunlaşmayacaq və yaxın vaxtlarda daha bir neçə yüksək vəzifəli şəxs işini itirəcək. İddia olunur ki, kadr dəyişiklikləri sadəcə növbətçi addım kimi nəzərdən keçirilməməlidir. Yəni, dəyişikliklər sıradan bir yeniləmə deyil. Proses...

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, işə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiyi bildirilib. İşə Pərviz Muradovun hakim təyin edildiyi qeyd edilib. Pravda.az xəbər verir ki, yayılan xəbərlə bağlı Manset.az Ramiz Mehdiyevlə əlaqə saxlayıb....

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşir

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşir. Bu, Milli bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləyə təklif olunan dəyişiklikdə əksini tapıb. Bununla əlaqədar Cinayət-Prosessual Məcəlləyə yeni - 253-1-ci maddə əlavə olunur. Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi haqqında qərar məhkəməyədək icraat zamanı müstəntiqin əsaslandırılmış vəsatəti və Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş prokurorun təqdimatı əsasında məhkəmə nəzarətini həyata...