Yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola biləcəklər.
Qeyd...
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” – Deputatdan ETİRAZ
“Şəkər xəstələrinin istifadə etdikləri “Synjardy” adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata satılırdı. Təxminən, iki həftə öncə bu dərman birdən-birə şəbəkədən itdi. Elə həmin ərəfədə "Siqduo Lonq" peyda oldu və bütün apteklərdə birinci dərmanın əvəzedicisi kimi 230 manata satılmağa başladı. Üç dəfə baha... Birinci dərmanın taleyi nə oldu? Artıq Azərbaycana çatdırılmır. Bununla əlaqədar tapşırıq verdim, təxminən,...
“Belə çıxır ki, taksi sürücülərində ictimai -siyasi xadimlərlə, məmurlarla bağlı ictimai əhəmiyyət kəsb edən videoməlumatlar olacaq”
"Uzun illər öncə taksilərin məhz sarı rəngdə olmasının elmi əsası ilə bağlı oturuşmuş tədqiqatlar vardı. Yəni hansı rəngin daha tez gözə çarpması ilə bağlı araşdırmalar, sorğular və tədqiqatlar aparılaraq sarı rəngə üstünlük verilmişdi.Ona görə də dünyanın çox yerində taksilər sarıydı. İndi hökumət deyir ki, taksilər ağ və qırmızı olacaq . Görəsən hökumətin bu qərarı nəyə əsaslanıb?"
Bunu ekspert Osman Gündüz bildirib.
O....
Ədliyyə Nazirliyinin bu səlahiyyətləri alındı
Ədliyyə Nazirliyinin məhkəmələrin işinin təşkili sahəsində həyata keçirdiyi bir çox səlahiyyətlər Məhkəmə-Hüquq Şurasına həvalə edilir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilərək parlamentə tövsiyə olunan “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, məhkəmə statistikasının aparılması, məhkəmələrdə kargüzarlığın təşkil edilməsi, hakimlərin əmək və sosial hüquqlarının təmin edilməsi, məhkəmələrdə icra və əmək intizamına riayət edilməsi üçün...
İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər – TƏFƏRRÜAT
Bu ilin yanvar ayında Azərbaycana dünyanın müxtəlif ölkələrindən fərqli göstəricilərdə qol saatları gətirilib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan ən bahalı saatlar İsveçrədən gətirilib.
Yanvar ayı ərzində Azərbaycana İsveçrədən 6 ədəd qiymətli metaldan korpusu olan elektriklə işləyən mexaniki indikasiyalı qol saatları gətirilib. Bir ədəd belə saatın orta gömrük dəyəri 9 min 988 dollar (16 980 manat) olub....
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokurorun böyük köməkçisi Vüsal Əliyev təmsil edib.
Yığıncaqda narkotiklərə nəzarət üzrə beynəlxalq müqavilələrin və narkotik siyasəti üzrə öhdəliklərin həyata keçirilməsi, dünyada narkotik probleminin həlli və ona qarşı mübarizədə...
“Azərsu” barəsində tərtib olunan inzibati protokola bu tarixdə baxılacaq
"Azərsu" ASC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.
Baxış iclası Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə aprelin 5-də keçiriləcək.
Qeyd: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (Su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli...
Əli Qurbanova yüksək vəzifə verildi
Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib.
Bu barədə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliyə rəhbərlik edirdi.
Qeyd edək ki, Ə. Qurbanov bundan əvvəl “Umid-Babək Əməliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru vəzifəsində çalışıb.
Azərbaycanda bu qanun dəyişdi
Prezident İlham Əliyev “Avtomobil yolları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Yenilənmiş qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi hər bir avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)...
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında – VİDEO
Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ili tamam olur.
Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.
Artıq 27 ildir ki, ölkəmizin təhlükəsizlik orqanlarının əməkdaşları 28 mart tarixini peşə bayramı günü kimi qeyd edirlər. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı sərəncamla hər il...