Moskvada zərərçəkənlər arasında azərbaycanlılar da var? – RƏSMİ AÇIQLAMA

Moskvada “Crocus City Hall”da baş verən atışmada zərərçəkənlər arasında azərbaycanlıların olub-olmaması müəyyənləşdirilir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Ölkənin baş notariusu işdən çıxarıldı – FOTO

Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini, Notariat İdarəsinin rəisi Mehman Soltanov vəzifəsindən azad edilib.   Mehman Soltanov müvafiq əmrlə vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib. Qeyd edək ki, 1958-ci ildə Göyçay rayonunda anadan olan Soltanov Mehman Nəsir oğlu uzun illər Ədliyyə Nazirliyində çalışıb. 1993-2003 illərdə Ədliyyə Nazirliyində dövlət notariusu kimi fəaliyyət göstərib. 2003-cü ildən etibarən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat...

Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək

Bəzi müəssisələr bayram günlərində əməkdaşları işə cəlb edir. Bu qərar rəhbəliklə işçi arasında qarşılıqlı razılaşma əsasında qəbul edilir. Belə olduqda həmin işçiyə əməkhaqqının hansı qaydada ödənilməsi ilə bağlı bəzi suallar ortaya çıxır. Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev bildirib ki, belə hallarda Əmək Məcəlləsinə əsasən işçiyə ikiqat əməkhaqqı verilməsi nəzərdə tutulub: “Bayram günlərində və digər qeyri-iş...

Aparıcı Zamirə Dadaşova telekanalı məhkəmədə uddu – Bu qədər pul ALACAQ

Tanınmış aparıcı Zamirə Dadaşova ilə "Space" telekanalı arasındakı problem davam edir. Bununla bağlı aparıcı özünün sosial şəbəkə hesabında yazıb: "Mövzu yenə "Space TV". Sona qədər oxuyun, lütfən. Fevralın 21-də Yasamal rayon məhkəməsinin mənim işə bərpa və əmək haqqımın ödənilməsi ilə bağlı qərarı "Space"in məsul əməkdaşına təqdim olunsa da, məhkəmənin qərarı hələ də icra olunmur. "Space"dən gah zəng etdilər gəlin ərizə yazın...

İcra başçısı üçün 57 minə xidməti avtomobil – Seymur Orucov maşınını yeniləyir

Ağstafa Rayon İcra Hakimiyyəti üşün 57 800 AZN-ə xidməti minik avtomobil alınıb. Təchizatçı bir mənbədən satınalma metodu üzrə seçilib. Yəni, satınalma proseduru dövlət satınalmalarının vahid elektron portalında keçirilməyib. Təchizatçının kimliyinə gəlincə, bu, "Auto Azərbaycan" MMC-dir. "Auto Azərbaycan" MMC "Hyundai" şirkətinin Azərbaycandakı distribütorudur. İddialara görə, xidməti minik avtomobili Ağstafa rayonunun icra başçısı Seymur Orucov üçün alınıb. Seymur Orucov 2020-ci ildən Ağstafaya rəhbərlik edir.

Bir sahədə biznesmenlərə güzəşt ediləcək – Qərar imzalandı

Kənd Təsərrüfatı Nazirliyi Kollegiyası “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda dəyişiklik edib. Bununla bağlı nazir Məcnun Məmmədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra quş əti istehsalı üçün avadanlıq dəsti (yemləmə, sulama, havalandırma-soyutma, isitmə, işıqlandırma və idarəetmə sistemləri daxil olmaqla) siyahıya daxil edilib. Qərarın icrasına nazir müavini İlhamə Qədimovaya tapşırılıb. Nazirliyin Aparatının Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət...

Paytaxt avtobusunda xoşagəlməz hal – Sürücü nömrəsini xanım sərnişinə vermək istədi – VİDEO

Paytaxtda fəaliyyət göstərən avtobuslardan birində xoşagəlməz hal yaşanıb. 60 nömrəli avtobus sürücüsü nəqliyyat vasitəsini idarə edərkən yaxınlıqda əyləşən qadın sərnişinə nömrəsini verməyə çalışıb. Həmin vaxt avtobsuda olan sərnişinlərdən biri sürücünün bu qeyri-etik hərəkətini anbaan görüntüləyib. Qeyd edilib ki, 99-LR-159 dövlət qeydiyyat nişanlı avtobus Bakıxanov-8-ci mikrorayon-Əhmədli-Koroğlu istiqamətində hərəkət edib. Video şənbə günü səhər saat 09-00 radələrində çəkillib. Şikayətçi onu da bildirib ki, bu istiqamətdə hərəkət...

DİM-dən qurumun adından saxta səhifə və qrup yaradanlara XƏBƏRDARLIQ

Dövlət İmtahan Mərkəzi (DİM) qurumun adından və loqotipindən (emblemindən) istifadə olunmaqla yaradılan saxta səhifə və qruplar barədə hüquq mühafizə orqanlarına müraciət edəcək. BU barədə  DİM-dən məlumat verilib. Qeyd olunub ki, son vaxtlar sosial şəbəkələrin monitorinqində dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, “Facebook”, “Instagram”, “Telegram” “TikTok” və digər sosial şəbəkələrdə DİM-in icazəsi olmadan Mərkəzin adından və loqotipindən (emblemindən) istifadə olunmaqla saxta səhifə və qruplar...

Bayram günlərində DYP-nin texniki müayinə mərkəzləri fəaliyyət göstərəcək?

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərində göstərilən xidmətlərlə bağlı əhaliyə müraciət edib. Müraciətdə deyilir: “Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində nəqliyyat vasitələri sahiblərinin və sürücülərin asudə vaxtlarının daha çox olması nəzərə alınaraq, avtomobillərin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən texniki müayinə mərkəzləri 24 saat, nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması və...

Vəkil Eldar Əzizovun rəhbərlik etdiyi qurumu məhkəməyə verdi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) məhkəməyə verilib. BŞİH-lə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciəti vəkil Əlizadə Akif Əkbər oğlu edib. Mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr olan iş hakim Xəyalə Cəmilovanın icraatındadır. Qeyd: Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur.