“Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi distribütoruna yazılan protokola bu tarixdə baxılacaq
"Auto Azərbaycan" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix məlum olub.
Korrupsiya.az-ın xəbərinə görə, sənədə Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə iyunun 14-də baxılacaq.
Xatırlatma: Gömrük Komitəsi protokolu İnzibati Xətalar Məcəlləsinin 485.1-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən...
İlham Əliyev İran səfirliyində olub və helikopter qəzasında həlak olanlarla bağlı başsağlığı verib (FOTO)
Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verib.
Bu barədə Korrupsiya.az-a Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən bildirilib.
Cavanşir körpüsündən geriyə bu qaldı (FOTO)
Xəbər verdiyimiz kimi, ötən gündən etibarən Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti dayandırılıb. Yoldakı işıqlandırma dirəkləri sökülüb, ərazidə ağır texnikalar işləyir.
Korrupsiya.az xəbər verir ki, sosial şəbəkələrdə körpünün son vəziyyətini əks etdirən görüntü yayılıb.
Fotodan aydın olur ki, söküntü işləri sürətlə aparılır. Artıq bu gündən körpünün dəmir-beton konstruksiyalarının da sökülməsinə başlanılıb.
Körpünün hazırkı vəziyyətini əks etdirən görüntünü təqdim edirik:
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikib?
Xankəndidə keçmiş qondarma rejimin tikdiyi bəzi binalar – “parlament binası”, Ermənistan Respublikasının Könüllülər İttifaqı (“Yerkrap”) və s. bir müddət əvvəl sökülüb. Mütəxəssislər Xocalı hava limanının da məhv olmuş xunta rejiminin saxta gerbindəki qartal təsvirinin formasında tikildiyini, həmçinin “Nənə və Baba” heykəlinə bənzədiyini bildirirlər. Onlar bunu əsas gətirərək, həmin hava limanının da sökülməsinin zəruri olduğunu qeyd edirlər.
Korrupsiya.az xəbər verir ki,...
Hindistan yükləri Azərbaycan ərazisindən daşına bilər
Hindistan qarşıdakı on il ərzində İranla Çabahar limanının idarə edilməsinə dair saziş imzalamaq və onu Azərbaycanın mühüm nəqliyyat qovşağı olduğu Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə əlaqələndirmək niyyətindədir.
Korrupsiya.az Report-a istinadla xəbər verir ki, bu barədə "Ekonomik Tayms" (The Economic Times) qəzeti yazıb.
Nəşrin məlumatına görə, Hindistanın limanlar, gəmiçilik və su yolları naziri Sarbananda Sonoval sazişi imzalamaq üçün bazar ertəsi İrana səfər...
Ümummilli lider Heydər Əliyevin doğum günüdür
Bu gün bütün türk dünyasının iftixarı, dünyaşöhrətli müdrik siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasından 101 il ötür.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.
1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə...
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
Mayın 11-13-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Kult.az xəbər verir ki, bu il 35 yaşını qeyd edən festival Şuşa və Laçın şəhərlərində baş tutacaq.
Qeyd edək ki, Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin noyabrında bununla bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Öz...
Azərbaycanı Naxçıvanla birləşdirəcək yol – Yeni video
İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri sürətlə davam etdirilir. Həmin layihələrdən biri də Horadiz-Ağbənd dəmir yolu xəttidir.
Korrupsiya.az xəbər verir ki, bununla bağlı AzTV-də görüntülər yayılıb.
Bildirilib ki, hazırda işlər mərhələli şəkildə davam edir.
Daha ətraflı süjetdə:
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Beynəlxalq arenada beyin mərkəzlərinin rolu informasiya təhlükəsizliyi və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi fonunda getdikcə güclənir. Beyin mərkəzlərinin yeni bilik yaratmaq, sosial problemləri təhlil etmək, cəmiyyətə innovativ ideyalar təqdim etmək kimi funksiyaları var. Onların əsas məqsədi ictimai əhəmiyyət kəsb edən məsələlərdə qərarvericilərə tövsiyələr hazırlamaq və geniş sosial müzakirə mövzuları yaratmaqdır.
Korrupsiya.az xəbər verir ki, son illər regionda, eləcə...
Sabahdan Ramazan tətili başlayır – Neçə gün iş olmayacaq?
Sabahdan müsəlman aləmi üçün müqəddəs sayılan Ramazan bayramı günləri başlayır.
Korrupsiya.az Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı rəsmi məlumata əsasən xəbər verir ki, Ramazan bayramı 10 aprel tarixində qeyd ediləcək.
Bu məqsədlə də baş nazir Əli Əsədovun Qərarı ilə Ramazan bayramında ardıcıl 5 qeyri-iş günü olacaq.
Belə ki, qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə aprelin 12-si həftənin cümə gününə...