“Sələmçi Fatma Yolçiyeva məni aldadıb əmlakımı ələ keçirdi” – KONFRANS (FOTO,VİDEO)

Sudef Məcidov: “O, hüquq mühafizə orqanlarına 300 min manat rüşvət verib məsələni həll etdiyini, özümü isə tutduracağını deyir” Fevralın 16-da Qafqaz Xəbər Media MərkəzindəFatma Yolçiyeva adlı qadın tərəfindən aldadıldığını və müflisləşdirildiyini iddia edən Sudef Məcidov mətbuat konfransı keçirib. Tədbiri giriş sözüylə açan Qafqaz Xəbər Media Mərkəzinin direktoru Rəşad Rüstəmov bildirib ki, son zamanlarda banklardan kredit ala bilməyən vətəndaşların sələmçilərin toruna düşməsi, nəticədə müflisləşməsi...

Pişəvəri adına Gimnaziyada Xuraman Osmanova “krallığı”…

S.C.Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyasının adı həmişə özünün istedadlı şagirdləri ilə paytaxt məktəbləri arasında öncüllər sırasında çəkilib. Amma ötən ilin yayından Xuraman Osmanova adı çəkilən gimnaziyaya direktor təyin olunandan sonra müəllim və şagirdlərin qara günləri başlayıb. Amma o, bu vəzifəni icra edəndə çoxları elə düşünürdü ki, yəqin bu təhsil ocağında hansısa yeniliklərin şahidi olacaqlar. Amma hər şey əksinə oldu.   Gimnaziyadakı...

DYP POLKOVNİKİNİN “CİNAYƏT ALƏMİ”YLƏ ƏLAQƏLƏRİ ÜZƏ ÇIXDI! – Şok məlumatlar

Azərbaycan hakimiyyətində yüksək vəzifə tutan bir çox şəxslər üçün maddi marağın – pul və sərvətin, cah-cəlallı həyatın millət və dövlət maraqlarından daha üstün tutulması faktı artıq hər kəs tərəfindən etiraf olunan acı gerçəklikdir. Əyləşdiyi dövlət vəzifəsinin hesabına qısa müddət ərzində milyonların sahibi olmuş istənilən səlahiyyətli məmurumuzun şəxsi əlaqələrini və biznes təmaslarını ötəri araşdırmaq kifayət edir ki, onun Qədim Roma...

SOCAR-ın gizli korrupsioneri: Mikayıl İsmayılov haqda şok məlumatlar və…

Əldə etdiyimiz məlumata görə ölkənin əsas gəlir mənbəyi olan və büdcənin böyük bir hissəsini təşkil edən neft sektorunda ciddi islahatlara hazırlıq görülür. Hakimiyyətin ən üst qatında hazırlanan plan haqda cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, bu sahədə atılacaq addımlardan biri ölkənin neft sənayesinə məsul olan Azərbaycan Dövlət Neft Şirkətini tam nəzarətə götürməkdir. Bunun üçün şirkətdə özünəməxsus şəkildə “zəruri islahatlar”-a başlayan...

Meriyadan milyonlar talayan məmur-YENİ HƏBSLƏR GÖZLƏNİLİR….-YENİLƏNİB-VİDEO

Məlumdur ki, Eldar Əzizov meriyaya gələndən sonra Bakı Şəhər İcra Hakimiyyətində Hacıbala Abutalıbov dövründə baş vermiş qanunsuzluqlar xüsusi komissiya tərəfindən araşdırılıb və adı korrupsiyada hallanan xeyli kadr işdən çıxarılıb. Bunlardan biri də Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədr müavini olmuş Vidadi Əliyevdir. Gundelik-baku.com-a daxil olan məlumatda vurğulanır ki, V.Əliyev sabiq paytaxt merinin ən yaxın adamlarından biri olub. Mənbəmiz bildirir ki, o qədər...