Sahibkar Nisbət Fərhadova inhisarçılara havadarlıq edən Maliyyə Nazirliyinin əməlləri ilə bağlı mətbuat konfransı keçirəcək

Mayın 12-də Qafqaz Xəbər Media Mərkəzində Azərbaycana tütün məhsulları idxal etmək istəyən, lakin inhisarçıların , əsasən də Maliyyə Nazirliyinin qurduğu “Çin səddi”ni aşa bilməyən sahibkar, “Akşin-N” şirkətinin təsisçi və direktoru Nisbət Fərhadova mətbuat konfransı keçirəcək. N.Fərhadova bu barədə Qafqazxeber.az-a bildirib: ” 21 dekabr 2015-ci ildə cənab Prezident İlham Əliyev Azərbaycana tütün məhsulları və alkoloji içkilər gətirmək üçün lisenziyanı ləğv etdi. Bu...

Maliyyə nazirliyi inhisarçıların marağının keşiyində dayanır..?

Azərbaycanda məmurlar ən yüksək tribunalardan inhisarçılığa qarşı amansız mübarizə ilə bağlı bəyanatlar verirlər. Amma əslində bu bəyanatlar söz yığınından başqa bir şey deyil. İnhisarçılıq problemi ilə bağlı sahibkar, “Akşin-N” şirkətinin təsisçi və direktoru Nisbət Fərhadova LEGİON-a müraciət edib: “ 2012-ci ildə “Akşin-N” MMC şirkətini təsis edərək Azərbaycana mərmər, dəmir, qida məhsulları idxal etmişəm. Mən Azərbaycana tütün məhsulları gətirməyi həmişə istəmişəm....

Təyyarənin Ziya Məmmədova məxsus olmasını qardaşı təsdiqlədi- Həbs yaxınlaşır

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bu günlərdə daha bir zərbə alması barədə xəbərlər yayılıb. Mətbuatda yayılan xəbərlərə görə, onun şəxsi təyyarəsini müsadirə ediblər Artıq məsələyə münasibət də bildirilib və açıqlama ikibaşlıdır. Məsələ ilə bağlı unikal.org-a danışan sabiq nazirin qardaşı Elton Məmmədov deyib: “Sizin şəxsi əmlakınızı kimsə əlinizdən ala bilərmi? Əlbəttəki yox. Qurtardı getdi də! Mən sizdən xahiş edirəm əlavə nəsə soruşmayın. Görürsüz ki,...

Adı sələm qalmaqalında hallanan qadın Qafqaznews.az-ı məhkəməyə verdi

“Bizim Dövr” qəzetinin baş redaktor müavinini və onu indi “reket” adlandıran Fatma Yolçiyevanı vaxtilə nə birləşdirib? Bu günlərdə Qafqaz Xəbər Agentliyinə Xətai Rayon Məhkəməsinin hakimi Səadət Səlimovanın imzası ilə, aprelin 4-də keçiriləcək məhkəmə hazırlıq iclası ilə bağlı bildiriş məktubu gəlib. S.Səlimovanın məktubunda bildirilir ki, Fatma Məhəmməd qızı Yolçiyeva Qafqaznews.az-a qarşı məhkəmə iddiası qaldırıb və saytdan onun “şərəf və ləyaqətini alçaltdığına görə”, 50 min...

DİN-in məlumatı həqiqətə uyğun deyil?

Fevralın 16-da Qafqaz Xəbər Media MərkəzindəFatma Yolçiyeva adlı qadın tərəfindən aldadıldığını və müflisləşdirildiyini iddia edən Sudef Məcidov mətbuat konfransı keçirib. Tədbiri giriş sözüylə açan Qafqaz Xəbər Media Mərkəzinin direktoru Rəşad Rüstəmov bildirib ki, son zamanlarda banklardan kredit ala bilməyən vətəndaşların sələmçilərin toruna düşməsi, nəticədə müflisləşməsi hallarına çox rast gəlinir. “Bu zaman bir çox insan yeganə mənzilini, yaxud ailəsinin dolanışıq yeri olan digər mülkiyyətlərini itirirlər....

“Sələmçi Fatma Yolçiyeva məni aldadıb əmlakımı ələ keçirdi” – KONFRANS (FOTO,VİDEO)

Sudef Məcidov: “O, hüquq mühafizə orqanlarına 300 min manat rüşvət verib məsələni həll etdiyini, özümü isə tutduracağını deyir” Fevralın 16-da Qafqaz Xəbər Media MərkəzindəFatma Yolçiyeva adlı qadın tərəfindən aldadıldığını və müflisləşdirildiyini iddia edən Sudef Məcidov mətbuat konfransı keçirib. Tədbiri giriş sözüylə açan Qafqaz Xəbər Media Mərkəzinin direktoru Rəşad Rüstəmov bildirib ki, son zamanlarda banklardan kredit ala bilməyən vətəndaşların sələmçilərin toruna düşməsi, nəticədə müflisləşməsi...

Pişəvəri adına Gimnaziyada Xuraman Osmanova “krallığı”…

S.C.Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyasının adı həmişə özünün istedadlı şagirdləri ilə paytaxt məktəbləri arasında öncüllər sırasında çəkilib. Amma ötən ilin yayından Xuraman Osmanova adı çəkilən gimnaziyaya direktor təyin olunandan sonra müəllim və şagirdlərin qara günləri başlayıb. Amma o, bu vəzifəni icra edəndə çoxları elə düşünürdü ki, yəqin bu təhsil ocağında hansısa yeniliklərin şahidi olacaqlar. Amma hər şey əksinə oldu.   Gimnaziyadakı...

DYP POLKOVNİKİNİN “CİNAYƏT ALƏMİ”YLƏ ƏLAQƏLƏRİ ÜZƏ ÇIXDI! – Şok məlumatlar

Azərbaycan hakimiyyətində yüksək vəzifə tutan bir çox şəxslər üçün maddi marağın – pul və sərvətin, cah-cəlallı həyatın millət və dövlət maraqlarından daha üstün tutulması faktı artıq hər kəs tərəfindən etiraf olunan acı gerçəklikdir. Əyləşdiyi dövlət vəzifəsinin hesabına qısa müddət ərzində milyonların sahibi olmuş istənilən səlahiyyətli məmurumuzun şəxsi əlaqələrini və biznes təmaslarını ötəri araşdırmaq kifayət edir ki, onun Qədim Roma...

SOCAR-ın gizli korrupsioneri: Mikayıl İsmayılov haqda şok məlumatlar və…

Əldə etdiyimiz məlumata görə ölkənin əsas gəlir mənbəyi olan və büdcənin böyük bir hissəsini təşkil edən neft sektorunda ciddi islahatlara hazırlıq görülür. Hakimiyyətin ən üst qatında hazırlanan plan haqda cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, bu sahədə atılacaq addımlardan biri ölkənin neft sənayesinə məsul olan Azərbaycan Dövlət Neft Şirkətini tam nəzarətə götürməkdir. Bunun üçün şirkətdə özünəməxsus şəkildə “zəruri islahatlar”-a başlayan...

Meriyadan milyonlar talayan məmur-YENİ HƏBSLƏR GÖZLƏNİLİR….-YENİLƏNİB-VİDEO

Məlumdur ki, Eldar Əzizov meriyaya gələndən sonra Bakı Şəhər İcra Hakimiyyətində Hacıbala Abutalıbov dövründə baş vermiş qanunsuzluqlar xüsusi komissiya tərəfindən araşdırılıb və adı korrupsiyada hallanan xeyli kadr işdən çıxarılıb. Bunlardan biri də Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədr müavini olmuş Vidadi Əliyevdir. Gundelik-baku.com-a daxil olan məlumatda vurğulanır ki, V.Əliyev sabiq paytaxt merinin ən yaxın adamlarından biri olub. Mənbəmiz bildirir ki, o qədər...