Sərdar Cəlaloğlununda Londonda şirkəti var- SƏNƏDLƏR

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun Londonda şirkətləri üzə çıxıb. Teref.az xəbər verir ki, tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli bununla bağlı sənədləri paylaşıb. O yazıb ki, Sərdar Cəlaloğlunun oğlu Cəlal Məmmədov da Londonda şirkət açıb. Onun bildirdiyinə görə, “SYNERGY COOPERATION LIMITED” şirkəti bu ilin fevralın 15-də qeydiyyatdan keçib. Sənədlərdən məlum olub ki, ADP sədrinin oğlunun İngiltərə vətəndaşlığı alıb. Həsənli qeyd...

“Deputatlarla icra başçıları biznes yarışına çıxıblar – biabırçılıqdır”

Cümşüd Nuiyev: "Mediamız bərbəd vəziyyətdədir, yaltaqlıqla məşğuldurlar, ancaq şəxsi problemlərinin həllinə çalışırlar" Tanınmış politoloq, istiqlalçı deputat, professor Cümşüd Nuriyev AYNA-ya müsahibəsində ölkədə aparılan kadr islahatlarından, medianın hazırkı durumundan və bir sıra digər məsələlərdən danışıb, suallarımıza aydınlıq gətirib. "Nazirliklərin, tamamilə gənclərdən ibarət olması problem yaradır" - Cümşüd müəllim, son dövrdə ölkədə bir sıra kadr dəyişiklikləri oldu. Hətta gözləmədiyimiz şəxslər belə, öz postundan getdi...

“Araz” supermarketlər şəbəkəsində nə baş verir- ŞİKAYƏT

Teref.az yazır ki, "Araz" supermarketlər şəbəkəsindən şikayətlər bitib tükənmir. Sosial şəbəkələrdən tutmuş, camaat arasında gedən danışıqlara qədər şikayətlər gedib gəlir. Sosial şəbəkə istifadəçisi Xalid Vahidov yazır: Khalid Vahidoghlu 11 ч. · Araz marketin müştərisiyəm. Marketin Elmlər Akademiyası filialında hər dəfə ödədiyim pula görə çek istəyəndə Kassada işləyənlər "Meksika dalğası" yaradır. Heç bir kassa aparatında kağız olmayanda kimsə kağız üçün gedir. Bu vaxt...

Abiyevin yaylaqlarda qurduğu postlar, yaxud Fatı dur, Fatı otur”

Ötən sayımızda https://korrupsiya.az “Əhəd Abıyevin Avropadakı mülkləri- kiçik rayondakı böyük korrupsiya layihələri” başlıqlı məqalədə icra başçısının Daşkəsəndəki korrupsiya əməllərindən yazmışdıq. Tender layihələri adı altında dövlətdən oğurlanan milyonların aqibətini, yəni Avropada Abıyevin şəxsi mülkləri kimi zühur etməsini qeyd etmişdik. Ancaq onun qazancı tək tenderlərdən və abadlıq işlərinə ayrılmış dövlət pullarından ibarət deyilmiş. Çobanların qənimi Sabahnews.az-a verilən məlumatlarda deyilir ki, Əhəd Abıyevin yaylağa qalxan 3 istiqamətdə postu...

“Eldar Səmiminin “Azəriqazbank”a faktiki 202 min manat borcu var” – Vəkil Vasif İsrafilov

əvvəlki yazılarımıza bu linkə daxil olmaqla tanış ola bilərsiniz Artıq bir neçə aydır ki, Çingiz Əsədullayevin yaxın dostu kimi tanınan Eldar Səmimi "Azəriqazbank”a qarşı dələduzluq etdiyinə görə həbs edilib. Ancaq reallıq necədir - Eldar Səmimi sadəcə müflis olub, yəni lombard qurmaq işi alınmayıb və banka borcu qalıb. İttiham aktına görə, Eldar Səmimi "Azəriqazbank"dan kredit götürmək üçün banka qızıl-zinət əşyalarını girov qoyub....

İcra başçısına qarşı ŞOK İTTİHAM

Sumqayıtın icra başçısı Zakir Fərəcov son dövrlər bir çox qalmaqallı addımları ilə gündəmə gəlir. Hələ 3 il bundan əvvəl Dənikənarı Bulvar və şəhərin giriş hissəsini abadlaşdırmış sahibkarlarla arasındakı 8 milyon manat məsələsi bitməmiş, bu dəfə 6 milyonluq məktəb və uşaq bağçası problemi üzə çıxıb. Bu yaxınlarda Sumqayıtda smeta dəyəri 6 milyon manat olan yeni məktəb və uşaq bağçasının inşası nəzərdə...

Komitədən 2.8 milyonluq tender qazanan şirkət barəsində MƏLUMAT

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Konsept Holding” MMC ilə 2 milyon 880 min 960.3 AZN dəyərində müqavilə imzalayıb. Pravda.az-ın xəbərinə görə, MMC bu vəsaitə Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün 9 mərtəbəli 54 mənzilli yaşayış binası tikməlidir. Vergilər Nazirliyinin reyestr məlumatlarında göstərilir ki, nizamnamə kapitalı 2000 AZN olan “Konsept Holding” MMC 2000-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin hüquqi ünvanı...

DTX-nin həbs etdiyi nazir müavininin maaşı və real qazancı – RƏQƏMLƏR-VIDEO

Dövlət Təhlükəsizliyi Xidmətinin mayın 8-də keçirdiyi əməliyyatla Mədəniyyət nazirinin müavini Rafiq Bayramov saxlanılıb. R.Bayramovun xidməti və yaşadığı ünvanlara keçirilmiş baxış zamanı pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pullar, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb. R.Bayramovun avtomobilindən də xarici və yerli valyutada olan xeyli pul vəsaiti tapılıb. Nazir müavini bu pulları haradan yığıb? DTX-nin...

Yeni Baş Prokuror İsfəndiyar Axundova güzəşt tanımadı: iş adamı ilə bağlı araşdırma başlandı

Baş Prokuror Kamran Əliyev məhkəmə qərarlarını ayaqlar altına atan iş adamı “Şərurlu İsfəndiyar” adı ilən tanınan İsfəndiyar Axundovun işini nəzarətə götürüb. Son dövrlər ölkədə korrupsiya halları ilə bağlı həbslərin intensivləşdiyi vaxta çoxsaylı şikayətlər nəticəsində iş adamı Şərurlu İsfəndiyar kimi tanınan İsfəndiyar Axundovun barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində araşdırma başlayıb. Bu barədə Mediaxeberleri.az-a zərərçəkmişlər Müzəffər Məmmədli...

“Səhv diaqnoz qoyanlar pulumu geri qaytarsınlar” – “Turan” klinikasından şikayət…

Bakı şəhər sakini Ələkbərova Kamilə Moderator.az-a açıqlamasında “Turan” klinikasından şikayət edib. Şəhər sakini klinikada onu müayinə etdikdən sonra səhv diaqnoz qoyulduğunu bildirib: “Mən indi xəstəyəm. Mənə lazım idi ki, zond udam, çünki iki ay müalicə olundum, həkim dedi ki, siz zond udmalısınız ki, müalicədən sonrakı fərqi görək. Biz Bakının Əhmədli qəsəbəsində yaşayırıq. Bilirsiniz ki, pandemiya dövrü olduğu üçün maddi vəziyyətimiz...