“Azərişıq” ASC Şimal RET və Satış idarəsinin dərəbəyliyi – VİDEO

RETSİ-in rəhbərliyi “Azərişıq ”ASC-nin sədri Baba Rzayevin qərarını rədd etməsində məqsəd nə olub? Prezident İlham Əliyev dəfələrlə müşavirələr də çıxış edərək ölkədə qeyri neft sektorunun inkişafına nail olmağı priroritet vəzifə kimi qarşıya qoyub. Bunun üçün bürokratik əngəllərin aradan qaldırılmasını, məmur özbaşınalığına son qoymağı tələb edib. Hətta işində nöqsana yol verən onlarla məmur vəzifəsindən azad edildi. Bununla yanaşı ölkə də kiçik...

İcra başçısı eşitdi ki, əhali yolu bağlayacaq, qaça-qaça gəldi – Yevlaxda olay

Kəndlilərin deməsinə görə, qazlaşma ilə bağlı verilən vədin üstündən 4 il keçir “Ötən qış qapımızdakı axırıncı çinarı da kəsib, yandırdıq... Bu qışı nə bir metr odun var, nə də odun almağa pul...” Yevlaxın Bəydili kənd sakinləri Meydan TV-yə kəndin problemlərindən danışıb. Bəydilidə təxminən 110 yaşayış evi var. Əhalisinin sayı 700 civarındadır. Kəndin əsas problemləri qaz, yol, məktəblə bağlıdır. Sakinlərin deməsinə görə, rayonun...

Zakir Fərəcovun adamları qoçuluq edir: prezident xəbərdarlıq etsə də… – Video

Sumqayıtın icra başçısı Zakir Fərəcovun şəhərdə hegemonluğu yaxın ətrafının da “at oynatması”na şərait yaradıb Cahan.info xatırladır ki, bunun bariz nümunəsi əmisi oğlu Novruz Fərəcovun qalmaqallı videosudur. Z.Fərəcov hansı imkanları yaradıb ki, qohumları özlərini kral kimi hiss edirlər və insanları təhqir eləməkdən çəkinmirlər. Videodan görünür ki, icra başçısının əmisi oğlu onun avtomobili ilə toqquşan maşının xanım sürücüsünü aşağılayır. Bu, hansı mədəniyyətin göstəricisidir? Hətta N.Fərəcov qadını...

Millətə baha dərman sırıyan monopolist deputat kimdir?

Beynəlxalq statistik göstəricilərə görə, Azərbaycan dünyanın bahalı ölkələri cərgəsindədir. Biz bu hesabata özünəməxsus düzəliş eləsək, vətəndaşları ən çox soyan ölkələr sırasında olduğumuzu əminliklə söyləyə bilərik. Axı hər yerdə insanlar vahiməli soyğunçuluqla qarşılaşır – restoranda, hoteldə, marketdə, ticarət mərkəzində və…aptekdə! Əhalinin neçə faizinin xəstəlikdən əziyyət çəkdiyini demək çətindir. Amma sağlam insanın az olduğunu asanlıqla deyə bilərik. Ölkədə şəkərli diabet, hepatit, onkoloji xəstəliklərdən tutmuş dəri-zöhrəvi,...

İlham Əliyev: “Azərbaycanda internet azaddır”

"Bir sözlə, nəqliyyat sektoruna göstərilən diqqət və aparılan düşünülmüş siyasət, bax, bu reallığı yaratmışdır. Bu gün nəqliyyat sektorumuz həm müasirdir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar səviyyəsində sərmayələr artıq bizim qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. Nəqliyyat sektoruna qoyulan sərmayələr 1-2 ilə, hətta 5-10 ilə geri qayıdan sərmayələr...

Ədalətli açıq məhkəmə prosesinin təmin edilməməsi ucbatından, “Mars — M” MMC-nin və “XalqBank”ın fırıldağına məruz qalan iş adamları Avropa İnsan Hüquqları Məhkəməsinə üz tuturlar

"Əlinizi bizdən çəkin!" -- deyən qiymətli obyekt və ofis sahibləri, mülkiyyət hüquqları tanına qədər etiraz tədbirlərini davam etdirəcəklərini deyirlər           Uzun müddətdir ki, paytaxt Bakının ən elitar ərazisində -- Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən "Yasmin" biznes mərkəzindən, külli miqdarda pullarını ödəməklə, özlərinə obyekt və ofislər alan 20 nəfərdən çox iş adamının olmazın haqsızlıqlarla üz-üzə qalmaları barədə, ölkə ictimaiyyəti də məlumatlıdır. Onu da bildiririk ki, haqları tapdanan bu sahibkarlar “Mars -- M” MMC-nin və “XalqBank”ın...

Azərbaycan xəstəxanasında maraqlı xidmət: “Buna görə cinayət işi qaldırıla bilər…” – FOTO

Sosial şəbəkələrdə xəstəxanadan yayılan fotolor müzakirə mövzusuna çevrilib.  Korrupsiya.Az Minval.info-ya istinadən xəbər verir ki, tibb müəssisəsinin daxilində çəkilən görüntü təəccüb doğurub. Belə ki, xəstəxananın qapısına vurulan elanda xəstə yanında qalmağın ödənişli olduğu yazılıb. Bu ödəniş xəstənin yaşına görə, nəzərə alınır. Azyaşlı uşaqların yanında qalmaq pulsuzdur, 11-13 yaşında xəstələr yanında gecələyənlərə isə 50 faizədək endirim edilir. Lakin fotonun harada və hansı dövlət və ya...

DSX generalının qız qaçıran bacısı oğlu həbs edildi

Dövlət Sərhəd Xidmətinin generalı Aqil Babayevin bacısı oğlu Aydınov Ümid Aydın oğlu qız qaçırdığı üçün həbs olunub. Əslən Şəki rayonundan olan Ümid Aydınov dostu ilə birgə Qax rayonunda evlənmək məqsədi ilə S. Abdullayevanı qaçırıb. Ancaq qız evi şikayət etdiyindən Aydınov Ümid Aydın oğlu və Həmidov Elvin Nemət oğlu barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu - bir qrup şəxs, qabaqcadan əlbir...

Ramiz Zenalovun “ərköyün” bacıoğlusu Tovuzda “MERO”nu bazara çevirib

Tovuz rayonu Zeynalovların qurbanına çevrilib. OperativXeber.az bildirir ki, bu barədə dosye.org-a rayon sakinləri məlumat verib. Nəzərinizə çatdıraq ki, bir müddət öncə ölkə mətbuatı Tovuz RİH başçısı Tofiq Zeynalov haqda maraqlı məlumatlar dərc etmişdir. Bir daha nəzərinizə çatdıraq ki, rayonda təhsil, səhiyyə və digər sahələrdə baş verən özbaşınalıqlar, rüşvətxorluq bu gündə davam edir. Təbii ki, icra başçısının icazəsi olmadan bir kimsə belə addım...

Beyləqan təhsilində Gülbəniz Cəfərova sindromu: 1 saylı orta məktəbdə nə baş verir?

Beyləqan təhsilində biabırçı vəziyyət yaşanır. Durum o qədər eybəcərdir ki, artıq rayon sakinləri uşaqlarını harada oxudacaqlarının dərdini çəkməyə başlayıblar. Korrupsiya.az Milletinsesi.info-ya istinadən xəbər verir ki, bununla bağlı daxil olan məlumatda bildirilir ki, rayonun 1 saylı Orta Məktəbində durum daha acınacaqlıdır. Oxuculara onu da xatırladaq ki, bu təxminən bir il öncə təntənəli tualet açılışı ilə mediada manşetə çevrilən orta məktəbdir. Ancaq...