Suraxanı polisindən daha bir vəzifəli çıxarıldı

Suraxanı Rayon Polis İdarəsindəki yoxlamalardan sonra daha bir vəzifəli şəxs işdən çıxarılıb. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Suraxanı Rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini, polis polkovniki İbrahim İsmayilov sərəncama götürülüb. Qeyd edək ki, Daxili İşlər Nazirliyi dünən Suraxanı Rayon Polis İdarəsində xidməti fəaliyyətdə yol verdiyi nöqsanlara görə idarənin və onun tabeliyində olan bölmələrin bir neçə əməkdaşının tutduğu vəzifədən aşağı...

Goranboyda görünməmiş saxtakarlıq: vətəndaşlar “işləyir”, maaşı icra başçısı alır (FOTOLAR)

Mətbuatda barəsində ən çox neqativ xəbərlər yazılan rayonlardan biri Goranboydur. Məmur özbaşınalığı, icra başçısı Nizaməddin Quliyevin qanundankənar əməlləri barədə az qala hər gün yeni xəbərlər çıxır. Lakin başçı və digər məmurlar nəinki yazılanlardan dərs çıxartmır, əksinə qanunsuz əməllərinin sayını günü-gündən artırırlar. Bu gün Qaynarinfo-ya Goranboyla bağlı daha bir məlumat daxil olub. Bu dəfəki informasiya rayon Məşğulluq Mərkəzində baş verən saxtakarlıqlarla...

Balakişi Əhmədovun Taqim komandiri Etibar İbrahimov Baş Redaktora hədə-qorxu gəlir.

Baş Redaktor Ölkə Prezidentinə,Baş Prokurora,DİN-nə müraciət edir:Baş Dövlət Yol Polis İdarəsinin Tağım Komandiri Ehtibar İbrahimov mənə hədə qorxu gəlir. Möhtərəm Prezident,Cənab Baş Prokuror və Daxili İşlər Nazirliyi! Ölkə Xəbər.az İnformasiya agentliyinin Baş Redaktoru kimi Sizə müraciət edirəm,Sizdən kömək istəyirəm. Gəncə Bakı Şossesində Yol Patrul Xidmətinin tağım komandiri Etibar İbrahimov mənim konstitutsiyada nəzərdə tutulmuş hüquqlarımı boğmağa çalışır, 05.12.2017-ci ildə komandiri olduğu stasional postda mənə...

SOCAR-ı ailə podratına çevirən Şirəliyev haqda şok: qardaşı adına küçə, özü cəbhəçi – Foto

Bir neçə gün əvvəl işdən qovulan Neftçala Rayon Elektrik Şəbəkəsinin rəisi Vurğun Şirəliyev və qardaşları haqda yeni məlumatlar əldə etmişik FİA.Az-a rayondan sızan xəbərə görə, V.Şirəliyevin qardaşı SOCAR Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəliyevdir. Bir qardaşı isə İmanbaxış Şirəlidir. O, motosikletlə qəza edərək dünyasını dəyişib və Neftçalada adına küçə verilib. Bu fakt redaksiyamıza ünvanlanıb. Şəkildən görünür ki, Neftçalada İ.Şirəli 5 küçəsi var....

“Parktown Residence” qanunsuz söküntü işi aparır – GİLEY

“Yasamal rayonunda yerləşən “Parktown Residence” şirkəti qanunsuz söküntü işi aparır. Yaşayış olduğu halda heç bir razılıq olmadan kran gətirib yerləşdirərək binanı dağıdırlar”. Bu şikayətlə “Qafqazinfo”ya Yasamal rayonu Qırmızı Şərq küçəsi mənzil 11-də yaşayan Əhməd Hacıyev müraciət edib. O bildirib ki, özündən başqa 5 ailə də buradakı vəziyyətdən şikayətçidir. Belə ki, artıq 3 ildir davam edən məsələ isə şirkətin qanunsuz söküntü işləri...

Mircəlal Kazıminin əməliyyatından sonra dünyasını dəyişmiş xəstənin əmisi hüquq-mühafizə orqanlarına şikayət etdi

Bakı sakini Məmmədov Vəli Murtuz oğlu orqan transplantasiyası əməliyyatı edən tanınmış cərrah Mircəlal Kazımidən şikayətçi olduğunu bildirir. Onun sözlərinə görə, cavan yaşda olan qardaşı oğlu Məmmədov Murtuz Yasif oğlu məhz həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişib. Vəli müəllim səhlənkarlığa hansı həkim tərəfindən yol verildiyini media müzakirələri və prokurorluğun araşdırmaları ilə üzə çıxaracağını bildirir. Mircəlal Kazımi və onun məsləhəti ilə müraciət edilən...

Gəncə şəhəri, Göygöl, Goranboy,Samux, Daşkəsən, Xocalı və Kəlbəcər rayonlarında yaşayan vətəndaşların nəzərinə.

Azərbaycan Respublikasının Baş Prokurorlugundan Korrupsiya.az-a  verilən rəsmi məlumatı nəzərinizə çatdırırıq: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il mayın 26-da saat 10:00-da Göygöl rayon prokurorluğunun inzibati binasında Gəncə şəhəri, Göygöl, Goranboy, Samux, Daşkəsən, Xocalı və Kəlbəcərrayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir. Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır. Qəbula gəlmək...

İki nazirlik Bərdədə “Zaurun bağçası”na çağırıldı – İnanılmaz korrupsiya

Bir qrup Bərdə rayon sakini Ulus.Az-a müraciət edib Onlar Maliyyə Nazirliyi və Təhsil Nazirliyinin birgə komissiyasının təşkil olunmasını xahiş edirlər Sakinlər deyirlər ki, buna səbəb Bərdənin Piyadalar kəndində yerləşən uşaq bağçasının fəaliyyətinin yoxlanılmasına yaranan zərurətdir. Sakinlər bildirirlər ki, Piyadalar kəndində fəaliyyət göstərən bu təhsil ocağı el arasında “Zaurun bağçası” adlanır. Məlum olub ki, həmin bağçanın belə adlanmasının səbəbi Bərdə Rayon İcra Hakimiyyətində (RİH)...

Pirallahının icra başçısı Prezidentə yalan məlumatlar verir

İcra başçısının hazırladığı sənəd həqiqəti əks etdirmir Pirallahı rayonunda insanların sosial durumunun ağırlaşdığı barədə Realliq.info saytında dərc olunan yazıda bəhs etmişdik. Rayona icra başçısı təyin olunandan sonra dənizkənarı ərazilərin zəbt edilməsi prosesinə razılıq verən Vasif İmanov sadə vətəndaşların torpaqlarını da zorla əllərindən aldı. İcra başçısı insanların etirazına məhəl qoymayaraq həyata keçirdiyi qərarları ilə narazılıqların artmasına şərait yaratmaqdadır. Təsadüfi deyil ki, Vasif...

“Bizə deyirlər ki, lap gedin Prezidentin, Birinci vitse-prezidentin qapısında oturun, xeyri yoxdur…” – “Azenko” rəhbərliyi tərəfindən aldadılan fəhələrdən PREZİDENTƏ MÜRACİƏT

“Azenko” ASC-nin “İnşaat məmulatları” sexinin fəhlələri tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət edən şikayətçilər yazır: “Möhtərəm cənab Prezident! Hörmətli Mehriban Xanım! Hörmətli cənab Nazir! Yazıb Sizə bildiririk ki, 2009-2010-cu illərdən “Sumqayıt Texnologiyalar Parkı” MMC-də müxtəlif işlərdə çalışmış, üzərimizə düşən vəzifələri vaxtında və məsuliyyətlə yerinə yetirmişik....