Maştağada istixanadan 10 min manatlıq elektrik avadanlıqları oğurlayanlar saxlanılıb

Martın 22-də Maştağa qəsəbəsində yerləşən istixanaların birindən 10.000 manat dəyərində transformator, generator, elektrik naqili, su nasosu və istilik təchizat qurğusunun oğurlanması barədə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Şöbəsinə (PŞ) məlumat daxil olub. DİN-dən verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Orxan Rüstəmov, əvvəllər dəfələrlə məhkum olunmuşlar Rafiq Cəfərov və Elmar Xıdırov müəyyən olunaraq...

Saray qəsəbəsində natəmizlik hökm sürür: Sakinlər çirkab suların içində yaşayırlar – VİDEO

Abşeron rayonu Saray qəsəbəsi, Nazim Hikmət küçəsində yaşayan üç minə yaxın sakin kanalizasiya problemindən şikayətçidirlər. Onların sözlərinə görə, bu problem üç-dörd ildir mövcuddur. Dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problem hələ də qalmaqdadır. Ətraflı Baku TV-nin süjetində:

Gürcüstan vətəndaşı maşınını niyə cərimə meydançasından çıxara bilmir? – VİDEO

Gürcüstan vətəndaşı Əmrah Aslanov günlərdir avtomobilini cərimə meydançasından götürə bilməməsindən şikayətçidir. Çıxılmaz vəziyyətdə qalan avtomobil sahibi son pənah yeri kimi Baku TV-yə üz tutub. Onun sözlərinə görə, dörd gün əvvəl yol polisi onu saxlayaraq maşınını cərimə meydançasına aparıb: “Səbəbini soruşanda taksi fəaliyyəti ilə məşğul olmağımı əsas gətirdi. Mən də razılaşdım. Daha sonra maşınımı cərimə meydançasından götürməklə bağlı müraciət edəndə, vermədilər. Üç ildir...

Sumqayıtda küçə boyunca çirkab su axır – VİDEO

Sumqayıtın Corat bağları, General Məhəmməd Əsədov küçəsində çirkab su küçə boyunca axır. Çirkabın axıdılması üçün ödəniş alınsa da, xidmət göstərilmir. Kanalizasiya xəttinin düzgün işləməməsi ərazini keçilməz hala salıb, çirkab küçə boyunca axır. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, özləri küçəyə illər öncə kustar üsulla xətt çəksələr də, sonradan əhali sayı artdığına görə, borular yükləməyə tab gətirməyib. Hazırda 100-ə yaxın ailənin yaşadığı küçə...

Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir: “Crocus City Hall” konsert zalında baş vermiş dəhşətli terror aktı xəbəri bizi dərindən sarsıtdı. Bu terror aktını şiddətlə qınayır, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, Rusiya xalqına və həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına səbir, yaralalanlara isə tezliklə şəfa diləyirəm”.

Moskvada zərərçəkənlər arasında azərbaycanlılar da var? – RƏSMİ AÇIQLAMA

Moskvada “Crocus City Hall”da baş verən atışmada zərərçəkənlər arasında azərbaycanlıların olub-olmaması müəyyənləşdirilir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Ölkənin baş notariusu işdən çıxarıldı – FOTO

Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini, Notariat İdarəsinin rəisi Mehman Soltanov vəzifəsindən azad edilib.   Mehman Soltanov müvafiq əmrlə vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib. Qeyd edək ki, 1958-ci ildə Göyçay rayonunda anadan olan Soltanov Mehman Nəsir oğlu uzun illər Ədliyyə Nazirliyində çalışıb. 1993-2003 illərdə Ədliyyə Nazirliyində dövlət notariusu kimi fəaliyyət göstərib. 2003-cü ildən etibarən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat...

Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək

Bəzi müəssisələr bayram günlərində əməkdaşları işə cəlb edir. Bu qərar rəhbəliklə işçi arasında qarşılıqlı razılaşma əsasında qəbul edilir. Belə olduqda həmin işçiyə əməkhaqqının hansı qaydada ödənilməsi ilə bağlı bəzi suallar ortaya çıxır. Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev bildirib ki, belə hallarda Əmək Məcəlləsinə əsasən işçiyə ikiqat əməkhaqqı verilməsi nəzərdə tutulub: “Bayram günlərində və digər qeyri-iş...

Aparıcı Zamirə Dadaşova telekanalı məhkəmədə uddu – Bu qədər pul ALACAQ

Tanınmış aparıcı Zamirə Dadaşova ilə "Space" telekanalı arasındakı problem davam edir. Bununla bağlı aparıcı özünün sosial şəbəkə hesabında yazıb: "Mövzu yenə "Space TV". Sona qədər oxuyun, lütfən. Fevralın 21-də Yasamal rayon məhkəməsinin mənim işə bərpa və əmək haqqımın ödənilməsi ilə bağlı qərarı "Space"in məsul əməkdaşına təqdim olunsa da, məhkəmənin qərarı hələ də icra olunmur. "Space"dən gah zəng etdilər gəlin ərizə yazın...

İcra başçısı üçün 57 minə xidməti avtomobil – Seymur Orucov maşınını yeniləyir

Ağstafa Rayon İcra Hakimiyyəti üşün 57 800 AZN-ə xidməti minik avtomobil alınıb. Təchizatçı bir mənbədən satınalma metodu üzrə seçilib. Yəni, satınalma proseduru dövlət satınalmalarının vahid elektron portalında keçirilməyib. Təchizatçının kimliyinə gəlincə, bu, "Auto Azərbaycan" MMC-dir. "Auto Azərbaycan" MMC "Hyundai" şirkətinin Azərbaycandakı distribütorudur. İddialara görə, xidməti minik avtomobili Ağstafa rayonunun icra başçısı Seymur Orucov üçün alınıb. Seymur Orucov 2020-ci ildən Ağstafaya rəhbərlik edir.