Daha çox Məhəbbət Vəliyevanın kadrı kimi tanınan Mehriban Vəliyeva formalaşdırdığı çoxpilləli rüşvət mexanizminin şok gizlinləri
Azərbaycan təhsil sisteminin sağalmayan yarası sayılan və hal-hazırda Bakı şəhər Baş Təhsil İdarəsində gündəlik iş prinsipinə çevrilən rüşvətxorluq və korrupsiya faktları artıq nəzarətdən çıxıb. Mehriban Vəliyevanın idarəyə rəhbər təyin olunmasından sonra burada anarxiya, hərc-mərclik hökm sürür, məktəblərin yağmalanması prosesi sürətlənir.
Mehriban Vəliyevanın yağmalama siyasəti Azərbaycan təhsili üçün üz qarası, utancverici bir hadisədir. Bakı şəhər məktəblərində direktorların vəzifədən azad olunması və yenilərin vəzifəyə təyin olunması, müəllimlərin yerləşdirilməsi, rus bölməsi olan birinci siniflərin qəbulu və komplektləşdirilməsi , eyni zamanda digər sahələrdə rüşvətxorluq tüğyan edir.
Bu gün BŞTİ sanki patyaxtın təhsil sektorunu məhv etmək üçün fəaliyyət göstərir. Zəngin ənənələri olan Bakı təhsili bir neçə nəfər rüşvətxor, korrupsioner və karyerist şəxsin əlində girova çevrilib. Mehriban Vəliyeva ətrafına topladığı şəxslərlə birlikdə paytaxtın təhsil sistemində bazar açıb.
BŞTİ-nin rəhbərliyində toplaşan şəxslər bir-birinə düşmən münasibət bəsləyən “rəqiblər”dir. İlk baxışda vahid komanda təsiri bağışlasalar da əslində bir-birini məhv etməyə hazır olan bu şəxslər mümkün olduğu qədər çox qazanmaq üçün bütün vasitələrdən istifadə edirlər. Bu gün BŞTİ intriqalar yuvasına çevrilib. Müxtəlif maraqların toqquşduğu idarədə bir neçə qruplaşma arasında amansız rəqabət və mübarizə gedir.Qarşı tərəfi sıradan çıxarmaq üçün bütün vasitələrdən istifadə edən qrupların savaşında isə Bakının təhsil sistemi sıradan çıxır. Daha çox qazanmaq uğrunda açıq rəqabət aparan bu qruplaşmaların fəaliyyəti nəticəsində Bakı məktəbləri rüşvət burulğanında məhv olmaqdadır.
BŞTİ bu yarıtmaz idarəçilik ucbatından yersiz intiriqalara meydan olub. İdarədə olan daha peşəkar, öz işinin ustası olan kadrlar əslində müxtəlif yollarla təqib olunur, fəaliyyətinə əngəllər törədilir. Arada olan intriqalar artıq sərhədd tanımır. İdarədə hökm sürən hərc-mərclik, intriqalar artıq o həddə çatıb ki,tərəflər bir-biri haqqında olan kompromatları mediaya sızdırır, bu yolla qarşı tərəfi susdurmağa çalışır.
Daxil olan məlumatlara görə, belə “kompromat savaşı” BŞTİ-də artıq uzun müddətdir ki, davam edir. Verilən məlumatlara görə, mediaya sızdırılan məlumatların arxasında elə BŞTİ-nin məsul əməkdaşları-konkret olaraq idarənin hazırki rəhbəri M Vəliyevaya yaxın olan adamlar durur Hər kəs bilir ki Bakı təhsilini Mehriban Vəliyevadan çox keçmiş nazir müavini Məhəbbət Vəliyeva idarə edir bu idarədə əslində nələrin baş verdiyini faktlarla subutlarla dırc edəcəyik Bu barədə növbəti yazımızda ətraflı məlumat verəcəyik.
Vəzifəyə yüksək səlahiyyətlilər tərəfindən gətirilməsinə baxmayaraq daha “uzaqgörən siyasət” yürüdən Mehriban Vəliyeva BŞTİ, eləcə də paytaxt məktəbləri, direktorları barəsində kompromat xarakterli məlumatları gizli olaraq özünə yaxın adamların vasitəsilə media qurumlarına ötürür Eyni funksiyada müdirindən heç də geridə qalmayan BŞTİ-də rahat yuva quran qruplaşmalar bu gün də öz ampulasındadır.
BŞTİ-də yaranmış rüsvayçı, təhsil adına üz qarası olan vəziyyətlə bağlı bəzi suallarımızı cavablandırmaq üçün idarənin rəhbərliyinə ünvanlayırıq.
1. Mehriban Vəliyevanın BŞTİ-nə rəhbər təyin olunmasından sonra paytaxtın təhsil sistemində hökm sürən rüşvətxorluq və korrupsiya hallarının artmasının səbəbləri nədir? Bəlkə vəd etdiyiniz islahatlar paketi elə bundan ibarət olub.
2. Müxtəlif media orqanlarında M. Vəliyevanın , eləcə də digər rəhbər şəxslərin ağlasığmaz sərvəti haqqında məlumatlar yayılır. Tərəfinizdən təkzib olunmayan bu məlumatlarda göstərilən sərvəti məmur maaşı bir neçə yüz ilə toplamaq münmkündür. Bəlkə bu sehirli zaman yolçuluğunun sirlərini bizlərə də izah edəsiniz.
3. BŞTİ-nin rəhbərliyində hökm sürən intriqalar- qruplaşmalarının mübarizəsi paytaxtın təhsil sistemini məhv edir. Bu mübarizənin və keçmiş təhsil nazirinin müavini Məhəbbət Vəliyeva tərəfindən himayə olunması barədə məlumatlar daxil olur. Bu barədə sizlərin açıqlamalarınız çox maraqlı olardı.
4. Rəhbərlik etdiyi dövlət qurumu barəsində KİV-lərə kompromat ötürmək hansı mənəviyyata və peşə əxlaqına sığır?
5.Bir çox Bakı məktəblərində gizlədilən vakant müəllim yerlərinin dərs ili başladıqdan sonra, yəni təhsil sistemində verilən «oş»dan sonra göbələk kimi meydana çıxmışdır bunu nə ilə izah edə bilərsiniz?
6 ..Paytaxt məktəbərində I siniflərin rus bölmələrinə qəbul, eyni zamanda şagird yerdəyişmələri zamanı baş verən total rüşvətxorluq barəsində məlumatlar verilir. Belə bir həssas məqamda məktəbə ilk qədəmlərini atan körpələrin rüşvətlə qarşılanmasına nə ad vermək olar? İmkanlılar övladlarını yaxşı məktəblərdə oxudurlarsa bəs kasıblar neyləməlidir? Bəlkə paytaxt məktəbərini kateqoriyalara bölmüsünüz?
7.Paytaxt məktəbərinə işə qəbul prosesində dəhşətli saxtakarlıqlar hökm sürür. Vakant yerlərin gizlədilməsi, tapşırıqla, müxtəlif maraqlar müqabilində işə qəbul və ya yerdəyişmə prosesinin aparılması adi hal alıb. Bütün bunlar sizdən xəbərsiz baş verirmi? Xəbəriniz yoxdursa, BŞTİ necə idarə olunur, yox xəbəriniz varsa bu gözünüzün qarşısında baş verən bu qanunsuzluqlara niyə göz yumursunuz?Məktəblərin birinci siniflərinə şagird qəbulu sahəsində də total saxtakarlıq və rüşvətxorluq halları hökm sürür. Xüsusilə rus sektoruna qəbul prosesində heç bir qayda-qanuna məhəl qoyulmur. Başda Bakı şəhər baş təhsil idarəsinin müdürü Mehriban Vəliyeva olmaqla aidiyyatı məsul şəxslər şagirdlərin elektron qaydada qəbulu prosesinə müdaxilə edərək öz maraqlarını təmin edir. Rus sektoruna birinci siniflərə qəbul zamanı bəzi şagirdlər böyük marağlarla apelyasiya adı altında imtahanlardan keçirirlər.
Saytımıza verilən məlumatlara görə dərs ilinin sonu olmasına baxmayaraq Bakı şəhəri üzrə Təhsil İdarəsində şıdırğı alver gedir. Növbəti dərs ilinin “beh”ini bəri başdan alan BTİ-nin əməkdaşları hazırlıq qruplarına,birinci siniflərə qəbul üçün əməlli-başlı “tas” qoyublar. Məlumatlara görə əməliyyatlara şəxsən BŞTİ-nin müdiri Mehriban Vıliyeva rəhbərlik edir. Daha çox keçmiş nazir müavini Məhəbbət Vəliyevanın kadrı kimi tanınan müdür xanımın bu aralar qılıncının arxası da kəsir,qabağı da.
Hazırlıq qruplarına,birinci siniflərə qəbul üçün hər bir məktəbə ayrıca “tas” qoyan Mehriban xanımın haqqı çatmayan bir uşağa belə yaşıl işıq yandırmadığı bildirilir. Onun kabinetindən keçməyən heç bir direktorun qəbul siyahısı təsdiq edilmir. Bu isə Vəliyevalar komandasına iri məbləğdə pullar qazandırır. Özünü Məhəbbət Vəliyevanın kadrı kimi “toxunulmaz” statusunda hiss edən Mehriban xanım BŞTİ-də böyük biznes şəbəkəsi formalaşdırıb. Biznesini isə körpə fidanların, kiçik yaşlı məktəblilərin üzərində formalaşdırıb.
Verilən məlumatlara əsasən xüsusilə rus sektoruna qəbul prosesində kütləvi rüşvətxorluq baş alıb gedir. Burada həm də qiymətlərin baha olması diqqəti cəlb edir. Qısacası Mehriban xanımın formalaşdırdığı sistem nəticəsində qəbul prosesində vəziyyət “rusca”dır.
Müdhiş rüşvət mexanizmini reallaşdırmaq üçün M. Vəliyeva özünə xüsusi şəbəkə də formalaşdırıb. BŞTİ-nin umumtəhsil məktəblərdə işin təşil şöbəsinin müdürü Fuad Babayev “qəbul maxinasiyalarının” əsas simalarından hesab olunur. Məhz onlar M. Vəliyeva ilə məktəb direktorları arasında “körpü” rolunu oynayırlar.
Saytımıza verilən məlumatlara görə BŞTİ-də baş verənlər ciddi narazılıq formalaşdırır. Təkcə valideynlər deyil,məktəb rəhbərləri də şikayətçidirlər. İbtidai siniflərə qəbul prosesində ayaq açıb “yeriyən” rüşvətxorluq, özbaşınalıqları təhsil adına bir ləkədir. Nazir E. Əmrullayevin adından istifadə edərək total rüşvətə meydan açan M. Vəliiyevanın əməlləri öz cəzasını almalıdır. Təhsil adına bunca rəzalətə yol vermək olmaz. Ölkə rəhbərliyinin, o cümlədən Vitse-prezident Mehriban xanım Əliyevanın məsələyə təcili müdaxilə etməsi vacibdir. (Rubrika.az)