“Elimin toy kimi adəti var” ifadəsi də bugünkü “toy biznesi” fonunda milli dəyər kimi aktuallığını çoxdan itirib.
Bunu deputat İltizam Yusifov deyib.
Deputat bildirib ki, bəziləri toyu pulun, varın çoxluğundan, reklam üçün, cəmiyyətə özünü sübut etdirəcək səviyyədə təqdim etməsi üçün, bəziləri isə üzün illər “yatırım” kimi qoruduqları toy dəftərinə uyğun olaraq borcların qaytarılması üçün edirlər: “Təəssüf ki, cəmiyyətimizdə yenə də əksər insanlar toya yatırım və ya gəlir mənbəyi kimi baxır. Balanın toyunu görmək və ya kiminsə toyda əhd etdiyi üçün sındıra-sındıra oynamağı müasir dövrdə ailə qurmaq üçün yetərli dəlil deyil.
Mən də təklif edirəm ki, bu sahədə qanunvericilik tələbləri daha da sərtləşdirilməlidir”.
"Peşəkar ordu quruculuğu sahəsində çalışan müddətdən artıq qulluq keçən və xüsusi təyinatlı hərbçilərimizin maaşları bir neçə dəfə artırılmalıdır".
Korrupsiya.az xəbər verir ki, bunu Milli Məclisdə...