“Araz supermarket” MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.
İşə fevralın 19-da Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədlinin sədrliyi ilə baxılacaq.
Xatırlatma: MMC-nin barəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
Qeyd: Supermarket tanınmış iş adamı Aydın Veysəloğlu Talıbovun rəhbərlik etdiyi “Veysəloğlu” şirkətlər qrupuna daxildir.