Vətən müharibəsi qazisi Nofəl Tağıyevə məxsus fərdi yaşayış evində yanğın olub.

Hadisə Cəlilabad rayonunun Xəlilabad kəndində qeydə alınıb.

Belə ki, fərdi yaşayış evində qaz sızması nəticəsində yanğın olub. Nəticədə ev yanaraq kül olub.

Yanğının qarşısı alınsa da, ev yararsız hala düşüb.

Qeyd edək ki, N.Tağıyev 10 ildən çox Xüsusi Təyinatlı Qüvvələrin sırasında xidmət edib. O, İkinci Qarabağ müharibəsində şiddətli döyüşlər zamanı yaralanıb. Hazırda paytaxtdakı xəstəxanaların birində müalicəsi davam etdirilir.

 

 

Paylaş