Yol hərəkəti qaydalarını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılan VAZ-2107 markalı avtomobilin dövlət qeydiyyat nişanlarının saxta olduğu aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Araşdırma zamanı məlum olub ki, nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan Abşeron rayon sakini Vidadi Yusifov Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışda olmaqla yanaşı, sözügedən VAZ-2107 markalı avtomobili saxta üsulla hazırladığı 90-FL-009 dövlət qeydiyyat nişanları ilə etibarnaməsiz idarə edib.

Həmin şəxs barəsində inzibati qanunvericiliyə uyğun tədbirlər görülməklə sonrakı araşdırma üçün aidiyyəti polis orqanına təhvil verilib.

Paylaş