Bu gün GUNDEMİNFO.AZ-ın redaksiyasına müraciət edən vətəndaşlar “Azərlotoreya”dan şikayət ediblər. Şikayətçilər yazır ki, “Azərlotoreya” hər gün onlayn qaydada – internet ünvanında http://azerlotereya.com/ saytında 6-60 oyunu keçirir. İki gün öncə bu lotoreya üzrə onlayn qaydada müraciət edən vətəndaşlar sayta daxil ola bilmirlər. Narazı vətəndaşlar yazır ki, sonuncu dəfə saytda “cek pot” üzrə uduş məbləği 266 min manat olub. Adətən tiraj saat 21.15-də başlayır və 22.00 da lototrondan çıxan nəticələr sayta yüklənir.

Şikayət edənlər yazır ki, 3 oktyabr saat 22.00 da sayta giriş mümkün olmayıb. Hələ də sayta giriş mümkün deyil. Vətəndaşlar bildirir ki, onlayn qaydada uduşlara pul qoyan zaman onlara saytın fəaliyyətini dayandıracağı haqda heç bir məlumat daxil olmayıb.

Gundeminfo.az məlumat verir ki, hələ də “Azərlotoreya” nın rəsmi internet saytına giriş mümkün olmayıb. Saytda 24 saat ərzində xidmətlərin göstərilməyəcəyinə dair elan yerləşdirilib.

Redaksiyamıza müraciət edən vətəndaşlar iddia edir ki, ola bilsin ki, kimsə onlayn bilet alanlardan udub və saytda dəyişiklik edərək onu ya uduzdura yada ki, yeni bir onlayn bilet yaradıb ona şərik qoşacaqlar.

Qeyd edək ki, baş verən narazılıqla bağlı “Azərlotoreya”nın da mövqeyini dinləməyə hazırıq.

Paylaş