Teref.info xəbər verir ki, bu şəkilləri və video çəkilişi bir vətəndaş redaksiyamıza göndərib. Gördüyünüz kimi fəhlələr vəhşicəsinə ağacları məhv edirlər. Günün günorta çağı ağaclar kəsilir və maşınlıara yüklənərək ərazidən uzaqlaşdırılır. Videoda gördüyünüz kimi fəhlələr də çinayət etdiklərinin fərqindədirlər, ona görədə çəkilişdən üzlərini giozlətməyə və qaçmağa cəhd edirlər. Teref.info olaraq qeyd etmək istəyirik ki, keçmiş nazir Hüseynqulu Bağırovun vaxtında Xətai rayonunda hardasa qorxu var idisə, indi icra hakimiyyəti heç kimi vecinə almadan “yaşıl soyqırıma” davam etirir. Xətai rayonunda “yaşıl soyqırım” barədə və bu soyqırımın başında Xətai rayon icra hakimiyyətinin dayandığını çox yazmışdıq.Bu da o yazdıqlarımıza daha bir əlavə. İnanırıq ki, nə zamansa Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov və onun komandasından bu “yaşıl soyqırım”-la bağlı hesab sorulacaq.
İndi isə vətəndaşın göndərdiyi SOS siqnalını və FOTO/VİDEO çəkilişləri sizə təqdim edirik:
“Salam zehmet olmasa ictimailesdirek. Baki seheri Xetai rayonu cavansir kucesinde 27yerlesen cox sayli agac kesilib cixardilir qanunsuz sekilde. Icra hakimiyyetine ve ekologia nazirliyine melumat vermeyimize baxmayaraq hec bir tedbir gorulmur. Fayllari size gonderirem. Bayram olmasından istifadə edərək agac çıxartmaga bugündə davam edilər”


Xətai rayonunda vəhşicəsinə ağaclar qırılır - İcra Hakimiyyəti görməzdən glir FOTO/ VİDEOFAKT
Xətai rayonunda vəhşicəsinə ağaclar qırılır - İcra Hakimiyyəti görməzdən glir FOTO/ VİDEOFAKT

 

Paylaş