Masallı şəhər R.Abbasov küçəsi ev 42 ünvanında yaşayan Cəlal Abıyev Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsi tərəfindən qanunla müəyyən edilmiş zamanın azlığından istifadə edilərək, məcburiyyət qarşısında, Gürcüstan Respublikasından aldığı “Hundai Sonata” markalı avtomobilin gömrük rəsmiləşdirilməsi zamanı aldadıldığını iddia edir

Şikayətçi bildirir ki, avtomobilin gömrük rəsmiləşdirilməsi zamanı ABGİ ondan 1033 manata qədər əlavə vəsait alıb. C.Abıyev məsələ ilə əlaqədar müvafiq dövlət qurumlarına, Prezidentə və DGK-ya üzləşdiyi problemlə əlaqədar müraciət edib. Lakin C.Abıyevin şikayətinə həmin dövlət qurumları “səndən sənə şikayətim var” prinsipi ilə münasibət bildiriblər. ABGİ-nin rəisi Hüseyn Həsənlinin imzası ilə daxil olan məktub məzmunu adı vətəndaş üçün aydın olmayan qərar sıralamasından ibarətdir. Yol vergiləri idarəsinin rəisi Ülvi Məmmədovun imzası ilə daxil olan məktubda kolleqasının naməsindən fərqlənmir.

Ü.Məmmədov bildirir ki, gömrük dəyərənin müəyyən edilməsini gömrük orqanı müəyyən edir. Əslində şikayətçi buna etiraz etmir. Şikayətçinin etiraz etdiyi məqsədli və süni qiymət artımınadır. Laklin Ü.Məmmədovun məktubunun davamı isə daha maraqlıdır. İdarə rəisi qeyd edir ki, “malların bəyan edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq məqsədilə bu avtomobillərin satışını həyata keçirən xarici təşkilatların kataloqlarından və digər mənbədən istifadə edilə bilər.” Ən böyük absurdda məhz budur. Əvvəla həmin şirkətlər istehsal etdikləri məhsulun ilkin satıçılarıdırlar. Yəni məhsul istehsal edən şirkət qiyməti də özü müəyyən edir. Şikayətçinin aldığı avtomobil isə ikinci əl satışdır. Yəni bu zaman qiymət avtomobilin sahibi ilə alıcı arasında müəyyən edilir. Satıcı alıcıya istədiyi qiymətə öz əmlakını təklif etməkdə sərbəstdir. Yəni əgər alqı-satıq zamanı məcburetmə və ya zor tətbiq edilməyibsə. Prosedur qanuna müvafiq olubsa, o halda DGK-nın hansısa kataloqa baxması sadəcə absurddur. Onu da qeyd edək ki. DGK özünə sərf edən mövcud prosedurun tətbiqi zamanı “Gömrük dəyərinin təyin edilməsi üsulları”na istinad edir. Görəsən DGK 11.2.4. Dəyərin çıxılması üsulu-nda qeyd edilən “

…alıcının satıcıdan asılı olmaması şərtinə riayət olunmalıdır.”- prinsipini özü üçün necə aydınlaşdırıb? Bəyəm alqı satı-zamanı DGK əməkdaşı həmin prosedura şahidlikmi edib? Yox. Deməli bu zaman intiutsiya işə düşür. Lakin son məqamda aydın olur ki, DKG-nın ABGİ adlı idarəsinin intuitsiyasıda “məqsədlidir”. Belə olan təqdirdə isə qanun sadəcə zora məruz qalır. Zora məruz qalan qanun isə pozulmaq zorunda qalır. Deməli cinayət baş verir. Bəs hörmətli Səfər Mehdiyev günahkar kimdir? Bəlkə halal zəhməti ilə ailəsinin istifadəsi üçün xaricdən avtomobil alıb gətirən Azərbaycan vətəndaşı? (dia.az)

 
Paylaş