Milli Şuranın 19 yanvar mitinqində ReAL sədri İlqar Məmmədov iştirak eləsə də, AXCP sədri Əli Kərimlinin ona saymazyana münasibəti əlaqələri təzədən soyudub.

Bu barədə mötəbər mənbədən Cahan.info-ya verilən məlumatda deyilir ki, AXCP ilə ReAL yola gedə bilmirlər. Ə.Kərimli İ.Məmmədova mitinqə xüsusi dəvət göndərmişdi.

Bu dəvət ondan fərqli olaraq, nə Müsavat başqanı Arif Hacılıya, nə digər siyasi partiya sədrlərinə yollanmışdı. Elə bu səbəbdən KXCP, Ağ partiya və başqaları mitinqə qatılmadı.

ReAL sədrinə isə xüsusi dəvət olsa da, Ə.Kərimli mitinqin gedişində İ.Məmmədovu vecinə almayıb, özünü hərəkat lideri kimi aparıb, meydanın dominant rəhbəri kimi davranıb. Bu da istər-istəməz iki partiyanın onsuz da soyuq olan münasibətlərini daha da gərginləşdirib.

Milli Şuranın 26 yanvar mitinqinə icazə verilsəydi, İ.Məmmədov partiyası “Məhsul”a getməyəcəkdi. Bunu artıq meriyanın cavabından öncə bəyan etmişdilər.

Jurnalist Rafael Becanov yazıb ki, ümumiyyətlə, yenicə başlayan və başlayan kimi də bitən “mitinq sezonu” ilə həm də gənclərin hislərilə oynamağa, xalqa “inqilab”, “işıqlı gələcək” vədləri verməyə cəhd edilir.

Düzdür, 19 yanvar mitinqi baş tutdu, alındı. Necə və niyə baş tutması bu yazının mövzusu deyil. Bir dəfə də buna zaman ayırarıq.

26 yanvar mitinqi isə olmadı. Məsələ bunda deyildi ki, mitinq olacaq, ya olmayacaq. İcazə verilcək, ya yox… Məsələ tam tam başqadır…

Qosqoca, illərin bütün sınaqlarını yaşamış adamların limiti tükənənlərə və ya “işıqlı gələcək” vədəçilərinə inanması adamı həm təəccübləndirir, həm də ağrıdır… Doğrudan,inanırsınız? Əgər inanırsınızsa, bu, sözün bitdiyi yer sayılmalıdır.

19 yanvar, 26 yanvar, lap ardınca 49 fevral mitinqi də olsa, bu inam sizə gün ağlamayacaq. Çoxunuz bunu bilir və bilə-bilə də yenidən eyforiyaya UYMAĞI özünüzə rəva görürsünüzsə, futbol terminiylə desək, zaman-zaman qəsdən AUTA atdığı topları təzədən daşıyıb ona verirsinizsə, bu, sizin faciənizdir, onun yox!

Atılan topları qəsdən auta göndərən oyunçu komandadan qovulmalı deyilmi? Qovulmalıdırsa, siz niyə kapitan sarğısı verməyə cəhd edirsiniz?

Ssenari yenə də sabiq hərəkatçıların üzərindən oynanılacaq oyun kimi qurulub. Nə mübarizənin səmimiliyi var, nə də Mehman, Seymur, Fuad, ya Gözəlin hüquqlarını müdafiə haqqında düşüncələr. Bu gün Seymur da, Fuad da, Gözəl də həmin ssenarinin qupquru qurbanlarıdır.

Belə olmasaydı, Mehmanın müraciəti və ona qarşı hakimiyyətin addımı bu qədər təftiş edilməzdi. Kimlərsə Mehmanı “gələcəyin kimi” adlandırmazdı. Mehman düz etdi. Kiminsə arzuları, xəyalları naminə türmədə yatmamalıydı və düzgün qərar verdi.

İsti bucağından 3 gün ayrılmağa dözə bilməyənlər Mehmanı daha 3 il, 5 il, lap belə 6 ay olsun, türmədə görmək istəyir, onların əvəzində cəza çəkməsini gözləyirdi. Mehman da düz etdi, hakimiyyət də.

Prezident bir gedişlə sanki bilyard masasındakı Avropadan şrtixləndirilən, daxildən düzənlənən daşların hamısını dağıtdı və indi pat vəziyyəti yaranıb. “SOROSun uşaqları”nın çıxış yolu bağlanıb.

Kimsə iddia edə bilər ki, bu, bizim qələbəmizdir. Olsun! Bu, ölkənin qələbəsidir. Yəni, biz gənclərimizi sizin əlinizdə vasitəyə, dövlətimizi isə oyuncağa çevirməməkdə qətiyik. Hadisənin dərinliyinə baxanda isə bu, təzyiqin nəticəsi deyildi.

Mehman İlqar Məmmədovdan böyük fiqur deyil, iddiası da, imkanları da bu böyüklüyə yetməz. İlqar Məmmədov olayındakı güzəştsizlik Mehmana ona görə şamil edilmədi ki, onu doğma qardaşı belə kullanmaq istəyirdi

 
Paylaş