KORRUPSİYA.AZ-ın redaksiyasına Sabunçu rayonu Balaxanı qəsəbəsinin  sakinləri tərəfindən şikayət məktubu daxil olub.Həmin şikayəti nəzərinizə çatdırırıq:

Bu şikayətimizdə yazıb bildirirk ki. Sabunçu rayon icra hakimiyyətinin başçsı Adil Vəliyev vəzifəsinin öhdəsindən gələ bilmir. Qəsəbədə heç bir abadlıq işləri aparılmır. Bizim yaşadığımız Səməd Mənsur küçəsinin yolu elə bərbad gündədir ki, burada nəinki avtomobillər həttda piyadalar belə çətinliklə hərəkət edir. Küçənin yolu tamamilə dağılıb deyə yağış suları, palçıq əlindən sakinlər hərəkət edə bilmir. Azyaşlı uşaqlar məktəbə gedərkən çox çətinlik çəkirlər. Yağış yağanda su küçəni basır deyə tamamilə hərəkət dayanır. Belə olanda uşaqlar məktəbə gedə bilmir. Sakinlər öz vəsaitləri hesabına yola daş-kəsək tokdürüb yagış  sularının qarşısını almaga çalışıblar. Lakin buda çıxış yolu deyil.

Onuda qeyd edirlərki baxmayaraq ki Balaxanı qəsəbəsində Asvalt və bitum zavodları fəaliyyət göstərir. Lakin  Balaxanı sakinləri Həmin zavodların insanlara fayda verməyindənsə havaya buraxdıglari zəhərli tullantılardan bogulurlar. Havaya buraxılan bu zəhərli tüstülər hər gün insanların saglamligina mənfi təsirini göstərir.

Ümimiyyətlə Balaxanı qəsəbəsi mərkəzə yaxın qəsəbələrdən olsada bu qəsəbənin aqibətilə nə RİH, nə qəsəbənin deputatı, nədəki qəsəbə nümayəndəliyi maraqlanmır. Məktəbə yaxın ərazidə küçə itləri günü gündən artır. Bu itlər insanlarin hərəkətinə maneələr yaradırlar. Dərsə gedib-gələn uşaqlar qorxa-qorxa hərəkət edirlər ki ,itlərin hücumuna məruz qalmasınlar. Artıq vətəndaşlar ozlərini qorumaq üçün əllərində daş-kəsəklə uşaqları dərsə aparıb gətirirlər.

Mərkəz və ara yolların çox hissəsi demək olarki gecələri işıga həsrət qalıb. Çünki bu küçələrdə bir dənədə olsun işıq dirəyi quraşdırilmayıb. Bu vəziyyət gecələr insanların işdən gəlməsini çətinləşdirir.

Buna görədə biz mətbuat vasitəsi ilə əlaqədar orqanlara müraciət edib Balaxanı qəsəbəsinin taleyilə maraqlanmalarini xaiş edirik…

Biz də  redaksiya olaraq mövzunu  diqqətimizdə saxlayacagıq….

Sakinlər tərəfindən çəkilən fotoları sizı təqdim edirik.

Paylaş