Teref.az yazır ki, astma xəstəsi olan 2 -ci qrup əlili Mustafayev Rasim Əhəd oğlu Göyçay rayon Mərkəzi xəstəxanasının baş həkimini korrupsiya, talançılıqda ittiham edir.
Vətəndaş yazır:
Göyçay rayonu H.Hacıyev küçəsi ev 188 sakini Mustafayev Rasim Əhəd oğlu tərəfindən

ŞİKAYƏT
Mən 2014-cü il tarixdən bronxial astma xəstəliyinə görə 2-ci qrup əlil olmuşam. Buna görə hər ay dövlət büdcəsi hesabına dərmanla, tibbi pereparatlarla təmin olunurdum.Artıq iki aydır ki, Göyçay rayon Mərkəzi xəstəxanası dərmanlarımı vermir. Səbəbi isə həmin xəstəxananın baş həkimi Elçin Bilalov astma xəstələrinin dərmanlarını aptekdə satdırıb talançılıqla məşğul olmasıdır.Qeyd edim ki, Göyçay rayon Mərkəzi Xəstəxanasında pulsuz dərmanları Elza adlı həkim paylayır.Elza həkim Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalovla qudadır.Bu korrupsiyaya qurşanmış qudalar Göyçayda yaşayan ağır xəstələrin dərmanlarını satdırıb cinayət əməlləri ilə məşğul olurlar.Erflyusal adlı dərmanın qiyməti 55 manatdır.Həmin dərman xəstələrə paylanması üçün hər ay Göyçay xəstəxanasına çoxlu sayda gəlir.Artıq 2 aydır heç bir xəstəyə həmin dərman verilmir apteklərdə satdırılır.Bu səbəbdən biz xəstələr ölümlə üz-üzə qalmışıq.Elçin Bilalov Göyçay rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin ediləndən sonra xəstəxanada korrupsiya cinayətləri artıq rəsmiləşdirilib.
Göyçay rayon mərkəzi xəstəxanasında pullu xidmət yaradan baş həkim Elçin Bilalovun korrupsiya əməllərinin araşdırılıb barəsində ciddi tədbirlər görülməsinə zərurət var.Regionda həmişə nümaunəvi yüksək tibbi xidmət göstərən Göyçay rayon xəstəxanasını baş həkim Elçin Bilalov biabırçı vəziyyətə salmışdır.Kolxoz bazarına döndərilən Göyçay rayon mərkəzi xəstəxanasında ölüm hallarıda çoxalıb.
İmkansızlığa görə dərman ala bilmirəm bu səbəbdən səhhətim çox ağırlaşıb.Hazırda bütün dünya o cümlədən Azərbaycan Respublikasında koronavirus xəstəliyi ilə əlaqədar ciddi mübarizə aparılır xüsusi karantin rejimi tətbiq edilib.Elçin Bilalov bundan sui-istifadə edib korrupsiya cinayəti ilə məşğul olur.Xəstələrin dərmanlarını vermir apteklərdə satırıb talançılıqla məşğul olur.
Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət ünvanlayıb xahiş edirəm xəstələrin dərmanlarını satdırıb mənimsəyən Göyçay rayon Mərkəzi Xəstəxanasını korrupsiya yuvasına döndərmiş baş həkim Elçin Bilalovun və oun qudası Elza həkimin barəsidnə ciddi tədbir görəsiniz.

Paylaş