“Azercelldən 1 ayda 2 dəfə (30 manatlıq) olmaqla cəmi 60 manatlıq LİMİTSİZ internet götürmüşəm, lakin bir ay bitməmiş sürət bitib. Dünən də yenə bildiriş gəlib ki, “internet 0″. Yəni avtomatik internetin sürəti düşüb, nə şəkil, nə də videolar açılır. Deməli, 26 aprelədək istifadə müddəti olan internet paket dünəndən sıfırlanıb və mən məcburam yenə də 30 manatlıq yükləyəm. Bu da bir ayda 90 manat edir”.
Mia.az xəbər verir ki, bu sözləri mətbuat katibi Fəridə Aslanova sosial şəbəkədəki hesabında yazıb.
Mətbuat katibi bildirib ki, ən bahalı internet “Azercell”dədir: “Üstəlik, yarıyolda bitən sürət insanları təbdən çıxarır.
Dünən zəng edib özlərinə də bildirmişəm. Yaxın günlərdə bu barədə müsbətə doğru heç nəyi planlaşdırmadıqlarını bildirdilər.
Nə isə! Uşaqların dərslərinə görə məcburiyyət qarşısında qalıb, onların əsəbverici internet paketlərindən asılı qalmışam. Onlar düzgün etmirlər. Bir ayda 90 manat internet olar? Cibimizə girirlər! Hələ üstəlik də evdə qalarkən darıxmamağımızı tövsiyyə edirlər!
Bu arada adama da deyərlər ki, ağlın varsa, istifadə etmə, səni kim məcbur edir?
Buna görə də evə internet çəkdirməyi düşünürəm, amma hansına müraciət edəcəyimi bilmirəm? Siz hansının sürətindən razısınız? Məsələn, “Sazz internet” necə işləyir və ya digəri ? Məsləhətinizə ehtiyacım var.
Düşünürəm ki, karantin günlərində mövcud vəziyyətlə əlaqədar ölkədə bir çox dəyişliklər olduğu kimi internet məsələsinə də baxılmalıdır və təlabatın çoxluğunu nəzərə alınmalıdır. Əvvəllər evdə uşaqlara nə telefon, nə də kompyuter verirdim. İndi isə şərtlər dəyişilib, müəllim internet vasitəsilə tapşırıq verir və dərs tələb edir.